Əsas Səhifə > Sosial, Manşet > ERMƏNİ HƏYASIZLIĞI HAVA MƏKANIMIZA NÜFUZ EDİB

ERMƏNİ HƏYASIZLIĞI HAVA MƏKANIMIZA NÜFUZ EDİB


4-10-2012, 10:52
ERMƏNİ HƏYASIZLIĞI HAVA MƏKANIMIZA NÜFUZ EDİB
RUSİYA AVİAŞİRKƏTİNƏ HƏLƏ DƏ RƏSMİ BAKIDAN ETİRAZ EDƏN OLMAYIB

DİA.AZ: - Məlum olduğu kimi «Bakı-Moskva» aviareyslərini təşkil edən Rusiyanın «S7 Airlines» aviakompaniyası erməni həyasızlığına dəstək olan bir addımı atıb. Belə ki, həmin aviakompaniyanın təşkil etdiyi uçuşlar zamanı - hətta «Bakı-Moskva» reysində belə körpə sərnişinlərə saxta erməni tarixi barədə broşürlər təqdim olunur.

Onu da qeyd edək ki, Rusiyanın üçüncü avia şirkəti olan «Sibir» kampaniyasının brendi kimi tanınmış «S7 Airlines»a qarşı hələ də rəsmi Bakı tərəfindən, xüsusən də «AZAL» rəsmiləri tərəfindən hansısa etiraz ünvanlanmayıb.

DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, həmin broşürlərdə ermənilərin saxta uydurma tarixi «faktları» yer alıb ki, onlar da aşağıdakılardır:

«Ararat dağı - hansı ki, Ermənistanın simvolu sayılır və ölkənin gerbində əks olunub heç də Ermənistanda yerləşmir. Dağın ərazisi 1921-ci ildə Türkiyəyə verilib».

«Bəzi meyvələr, xüsusən də əriklər Avropaya Ermənistandan gəlib, və buna görə də uzun müddət Avropada əriyə «erməni alması» deyilib».

«Xristianlığı dövlət səviyyəsində ilk dəfə olaraq Ermənistan dövlət dini kimi qəbul edib».

«Bizansın 20 imperatoru erməni olub».

«Ermənistanda şahmat futboldan daha populyardır».

«Ermənistanın paytaxtı olan İrəvan Qədim Romadan 29 il qocadır».

«Dünyada ilk dəfə olaraq cəbrdən olan məsələlər kitabı erməni riyaziyyatçı alimi Məğlubedilməz David tərəfindən 6-cı əsrdə tərtib olunub».

Yəqini ki, əziz oxucular, siz də bu uydurma cəfəngiyyatı oxuduqda doyunca güldünüz. Bəs körpələrimiz yazıq deyil? Onlar nədən bu işgəncəyə rəva görülür?

Geri qayıt