Əsas Səhifə > Partiya > AMİP POLİSDƏN KÖMƏK İSTƏYİR
AMİP POLİSDƏN KÖMƏK İSTƏYİR4-10-2012, 15:42 |
PARTİYANIN QƏRARGAHI UÇURULDU Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Səbail rayon təşkilatının Bayıl qəsəbəsi, Xanlar küçəsi, 8 ünvanında yerləşən qərargahı uçurulub. Bu barədə dünən AMİP mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, AMİP Səbail rayon təşkilatı 1992-ci ildən həmin qərargahda fəaliyyət göstərirdi. Qərargahın yerləşdiyi 71.4 kv.m sahəsi olan tikili AMİP-lə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi arasında bağlanmış müqaviləyə əsasən AMİP Səbail rayon təşkilatına icarəyə verilibmiş. Ötən dövr ərzində icarə haqları mütəmadi olaraq ödənilib. Xəbərdə bildirilir ki, binanın hansı təşkilat və ya fiziki şəxs tərəfindən uçurulması məlum deyil. Söküntü işləri aparılarkən Partiyaya heç bir xəbərdarlıq edilməmiş və məlumat verilməyib: “Binanın xəbərdarlıqsız sökülməsi nəticəsində AMİP Səbail RT-yə məxsus avadanlıq, arxiv sənədləri və materiallar məhv olunmuş və dağıdılmışdır. Bununla da partiyaya külli miqdarda maddi və mənəvi zərər dəyib”. Partiya baş vermiş olayla əlaqədar Bakı şəhəri Səbail rayon Prokurorluğuna və Səbail rayon Polis İdarəsinə müraciət edib. AMİP baş vermiş bu hadisəni partiyaya qarşı törədilmiş təxribat və yerli təşkilatlarının siyasi fəaliyyətinin məhdudlaşdırılmasıına cəhd kimi qiymətləndirib. AMİP müvafiq dövlət orqanlarının və aidiyyatı təşkilatların hadisəni obyektiv araşdıracağına və lazımi tədbirlər görəcəyinə ümidvar olduğunu bildirib. Geri qayıt |