Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN KÜRÜSÜ AŞPA-NIN MÜSTƏQİLLİYİ ÜÇÜN TƏHLÜKƏDİR
AZƏRBAYCAN KÜRÜSÜ AŞPA-NIN MÜSTƏQİLLİYİ ÜÇÜN TƏHLÜKƏDİR5-10-2012, 09:02 |
TURBYERN YAQLANDDAN İLGİNC MÖVQE “Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvlərinin öz həmkarlarını qara kürü ilə ələ aldıqları doğrudursa, bu, tamamilə qəbuledilməzdir”. Bu sensasiya doğuran bəyanatı cümə axşamı keçirilən mətbuat konfransında Avropa Şurasının baş katibi Turbyern Yaqland jurnalistlərin suallarına cavabda bildirib. Onun sözlərinə görə, “parlament də, onun üzvləri də müstəqil, muxtar olmalı və təşkilatın adından fəaliyyət göstərməli, onun standartlarını və dəyərlərini müdafiə etməlidir. Buna görə bu, qəbuledilməzdir”. Bu faktların hallarını araşdırmaq imkanları barədə danışan baş katib qeyd edib ki, AŞPA-nın işinə müdaxilə edə bilməz. Bu, müstəqil orqandır, deyə o fikrini yekunlaşdırıb. Qeyd edək ki, bu ilin yayında bir qrup AŞPA deputatı həmkarlarının Azərbaycan nümayəndə heyəti tərəfindən ələ alınması faktları barədə xüsusi məruzə hazırlayıb. Geri qayıt |