Əsas Səhifə > Güney Press, Araşdırma > DƏLƏDUZDAN ZAKİR QARALOVA ŞİKAYƏT OLUNACAQ

DƏLƏDUZDAN ZAKİR QARALOVA ŞİKAYƏT OLUNACAQ


5-10-2012, 09:07
DƏLƏDUZDAN ZAKİR QARALOVA ŞİKAYƏT OLUNACAQ
ŞƏHİD ATASI PREZİDENTƏ MÜRACİƏT ETDİ

Əli Hüseynov: "Sizi and verirəm Allaha, mənə kömək edin, Baş prokuror Zakir Qaralovun qəbuluna düşüm"

Ağdam rayonundan məcbur köçkün olan, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə müraciət edib. Əli Hüseynovun müraciətinin bir surəti də "AzeriNews.org"a daxil olub. Şəhid atası müraciətində deyir: "Mənim və oğlumun üzləşdiyi haqsızlıqları sizin diqqətinizə çatdırmaq istəyirəm. Oğluma məxsus olan VAZ 2107 markalı "Jiquli" avtomobili "Kapital Bank"da girovdur. Kredit pulu ödənilmədiyi üçün Binəqədi Rayon Məhkəməsinin qərarı maşına həbs qoyulub. Lakin bir qrup şəxs maşını qaçıraraq Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə şəhər şöbəsidə qeydiyyata salıb. Bu işlə bağlı iki ilə yaxındır ki, müraciətlər edirəm. Lakin cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunmur. Baş Prokurorluğun Cəsarət adlı əməkdaşı oğlum Ramil Hüseynova deyir ki, bu məsələdə təmsil etdiyi qurumun heç bir təqsiri yoxdur, Gəncə Şəhər Polis İdarəsinin Elçin adlı müstəntiqi işi düz aparmayıb. Elçin müəllim isə deyir ki, biz prokurorluğa tabeyik, prokuror nə deyir, onu edirik".

Şəhid atası deyir ki, dəfələrlə bu işlə bağlı Respublika Prokurorluğuna müraciət etsə də, nəticəsi olmayıb: "Baş prokurorun birinci müavini Rüstəm Usubov artıq beşinci dəfədir ki, bu işi rədd edir. Axı bu necə ola bilər? Ortada dələduzluq faktı var. Amma bu əməli törədən şəxslərlə bağlı heç bir tədbir görülmür. Məgər qanunvericilikdə cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaması ilə bağlı maddə var? Bəlkə var, bizim xəbərimiz yoxdur. Cənab prezident, mən sizə inanıram və ona görə də üzümü sizə tutub deyirəm: Sizi and verirəm Allaha, mənə kömək edin, Baş prokuror Zakir Qaralovun qəbuluna düşüm və faktları onun qarşısına qoyum. Mən artıq heç nə istəmirəm. Ümid edirəm ki, bir ədalətin bərqərar olması üçün yardımınızı əsirgəməyəcəksiz".

Geri qayıt