Əsas Səhifə > Sosial, Manşet > NAZİR MÜAVİNİNİN 10 MİLYON MANATLIQ MAXİNASİYASI

NAZİR MÜAVİNİNİN 10 MİLYON MANATLIQ MAXİNASİYASI


5-10-2012, 10:11
NAZİR MÜAVİNİNİN 10 MİLYON MANATLIQ MAXİNASİYASI
OQTAY ŞİRƏLİYEV ELSEVƏR AĞAYEVLƏ BAĞLI ARAŞDIRMALAR APARIB

DİA.AZ: - Xəstəxana və klinikaların, həmçinin səhiyyə nazirliyinin balansında olan ərazilərin özəlləşdirilməsi zamanı hazırda həbsxanada saxlanılan keçmiş nazir Əli İnsanovun «sağ əli» kimi ad çıxarmış, indinin özündə də Oqtay Şirəliyevin baş etmədiyi nazir müavini Elsevər Ağayevin görəvdən alınmasına sanılı günlər qalıb. Bu ilginc məlumat DİA.AZ-a SN-dəki qaynaqlar tərəfindən ötürülüb.

Etibarlı mənbənin bildirdiklərindən belə aydın olur ki, bir çox iqtidariçi çevrələrdən dəstək almasına rəğmən, nəhayətdə Oqtay Şirəliyev «Əli İnsanovdan qalma yeganə nazir müavini» kimi ad çıxarmış Elsevər Ağayevi yenməyə müvəffəq olub. Mənbəmiz bildirir ki, bu günə kimi Elsevər Ağayev özünə rəqib kimi gördüyü bir çox SN əməkdaşlarını Oqtay Şirəliyevin «düşməninə» çevirməyə müvəffəq olub:

«Elsevər Ağayev olduqca peşəkar birisidir və ondat adamları güclü inandırma qabiliyyəti var. Hətta suçlu olduğu təqdirdə belə, vəziyyətdən çıxmağı bacarır. Ona görədir ki, Oqtay Şirəliyev indi-indi Elsevər Ağayevlə yollarını ayırmaq qərarını verib. Amma bu vaxta qədər nazir müavini əslində Oqtay Şirəliyevin də böyük rəğbətlə yanaşdığı Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Leyla Seyidbəyova kimi fiqurları zərərsizləşdirməyə müvəffəq olmuşdu».

Mötəbər qaynağın iddialarına görə, birbaşa olaraq Oqtay Şirəliyevin göstərişi əsasında aparılan daxili hesablamalar nəticəsində Elsevər Ağayevin külli miqdarda vəsaiti mənimsəməsi faktı aşkarlanıb: «Elsevər Ağayev bu gün dərman bazarında əsas fiqurlardan biridir və nazirliyin xətti ilə alınan dərman preparatlarının xəstəxanalara deyil, birbaşa olaraq Elsevər Ağayevin nəzarəti altında olan apteklərə ötürülməsi zamanı əldə olunan gəlirin böyük bir hissəsinin yoxa çıxdığı, daha doğrusu, nazir müavini tərəfindən mənimsədildiyi aşkar olunub».

Təxminən 10 milyon manata yaxın vəsaitin qeybə çəkildiyini bildirən mənbəmiz artıq bu məsələ ilə bağlı Oqtay Şirəliyevlə Elsevər Ağayevin toqquşduğunu da söylədi: «Ola bilsin ki, nazir Hesablama Palatasını yoxlamalara dəvət etsin. Əgər Elsevər Ağayev inadkarlığını davam etdirəcəksə, bu addım da atıla bilər».

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt