Əsas Səhifə > Partiya > “BU, ARTIQ DİALOQ YOX, DİSKUSSİYA OLUR”

“BU, ARTIQ DİALOQ YOX, DİSKUSSİYA OLUR”


5-10-2012, 11:14
“BU,  ARTIQ DİALOQ YOX, DİSKUSSİYA OLUR”
SƏRDAR CƏLALOĞLU İMTİNA QƏRARI VERDİ

“İqtidara dialoqla bağlı müraciət etmək niyyətim yoxdur. Bizim cəmiyyətdə heç bir məsələdə iqtidarla-müxalifət arasında, ümumiyyətlə millət arasında həmrəylik yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətlə müxalifət arasında əməkdaşlıq perspektivlərini şərh edərkən deyib.

“Təəssüf ki, belə bir əməkdaşlığa meyllilik yoxdur. Hər tərəf öz üstünlüyünə çalışır, əks tərəfin hər hansı bir xeyir götürməsinə dözə bilmir. Bu isə siyasi dialoqun fəlsəfəsinə ziddir. Siyasi dialoq tərəflərin bir-biri ilə ünsiyyətindən müəyyən maraqlarını təmin etməkdir. Nə iqtidar razı olur ki, müxalifət bu görüşdə marağını təmin etsin, nə də müxalifət razı olur ki, iqtidara bu görüşdən bir xeyir gəlsin. Belə halda isə dialoq öz mahiyyətini itirir. Bu, artıq dialoq yox, diskussiya olur”-deyə S. Cəlaloğlu vurğulayıb.

Cəlaloğlunun sözlərinə görə, dialoq siyasi mədəniyyətin ən yüksək təzahürlərindən biridir. “Gərək tərəflər elə bir səviyyədə inkişaf etsin ki, bu əməkdaşlıq baş tutsun. Bizim cəmiyyətdə heç bir məsələdə iqtidarla-müxalifət arasında, ümumiyyətlə millət arasında həmrəylik yoxdur. Yaxşı ilə pisi ayıra bilməyən cəmiyyətdə heç vaxt tənəzzüldən, böhrandan çıxmaq mümkün deyil. Yaxın vaxtlarda isə belə bir görüş barəsində düşünmürəm”-deyə S.Cəlaloğlu bildirib.

Geri qayıt