Əsas Səhifə > Sosial, Manşet > ŞOK: NAZİR İCRA BAŞÇISINI KABİNETİNDƏ DÖYÜB

ŞOK: NAZİR İCRA BAŞÇISINI KABİNETİNDƏ DÖYÜB


6-10-2012, 11:17
ŞOK: NAZİR İCRA BAŞÇISINI KABİNETİNDƏ DÖYÜB
KƏMALƏDDİN HEYDƏROVUN RAZİM MƏMMƏDOVA ƏL QALDIRDIĞI DEYİLİR

DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Xətainin icra başçısı Razim Məmmədova düşmən münasibət bəslədiyi hələ əvvəlcədən məlum idi. Xatırladaq ki, «GEN» MMC fırıldağı ilə bağlı yaranmış qalmaqal zamanı dövlət başçısı zərərçəkmiş vətəndaşlara kompensasiyanın ödənilməsi barədə FHN-yə göstəriş verir. Amma FHN şefi Kəmaləddin Heydərov bu işdə «yeyən» tərəflərdən birinin Xətainin icra başçısının olduğunu bildiyindən, ödəniləcək kompensasiyanıni yarısını Razim Məmmədova ödətdirmək istəyir.

Bu baş tutmur və Prezident Administrasiyasının rəhbərliyinə güvənən Razim Məmmədov Kəmaləddin Heydərovun «acısına» şərik çıxmaqdan boyun qaçırır. Nəticədə fırıldaq qurbanı olmuş vətəndaşları razı salmaq FHN şefinin üzərində qalır. Və bu da nazirlə icra başçısı arasındakı ədavətin əsasını təşkil edir.

DİA.AZ-a məlumat verən mənbə isə bildirir ki, cümə günü Kəmaləddin Heydərov yenə də Razim Məmmədovun üzərinə adamlarını göndərtdirir və ondan 2 milyon manat borcunu tələb edir: «Lakin icra başçısı boyun qaçırır. Halbuki bununla bağlı aparılan istintaq işində də icra başçısına qarşı müəyyən ittihamlar yer alıb. Amma buna rəğmən Razim Məmmədov xəbərsiz olduğunu deyir».

Mənbəmiz bildirir ki, bu imtinadan əsəbiləşən Kəmaləddin Heydərov özü şəxsən Xətai RİH-in binasına gəlib: «O, binada olarkən hər kəs heyrətlənib. Hətta qapıdakı polis belə naziri görəndə özünü itirib. Sonra başçının kabinetinə gedən Kəmaləddin Heydərovun orada səsinin ucadan gəldiyi eşidilib».

Mənbəmiz iddia edir ki, FHN şefi icra başçısına şəxsən vaxt qoymaqla yanaşı, həm də ona bir şillə də vurub.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt