Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOV BU DƏFƏ ÇOX PİS İLİŞƏSİ OLUB

KƏRƏM HƏSƏNOV BU DƏFƏ ÇOX PİS İLİŞƏSİ OLUB


6-10-2012, 11:37
KƏRƏM HƏSƏNOV BU DƏFƏ ÇOX PİS İLİŞƏSİ OLUB
KOMİTƏ SƏDRİ BİR DÖVLƏT İDARƏSİNİN HAQQINI NECƏ TAPDAYIB?

DİA.AZ: - Bu günlərdə səfərdən qayıdan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başı qalmaqaldadır. Xatırladaq ki, bir neçə gün əvvəl Qaradağ rayonundakı bir özbaşınalıqla bağlı sizləri məlumatlandırmışdıq. Aydın olurdu ki, Kərəm Həsənov Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsi 7 ünvanında yerləşən bazarın özəlləşdirilməsi zamanı bazarın ərazisi hesab olunmayan 11 obyekti də bazarın ərazisi kimi Qaradağ rayonun icra başçısı Süleyman Mikayılovun adamlarının adına özəlləşdirib.

Ən gülməli isə orasıdır ki, həmin obyektlərdən biri digər bir dövlət qurumunun - «Azərittifaq»ın balansında olub və artıq bu məsələnin ətrafında böyük ajiotaj da yaranıb. Çünki həmin proses zamanı haqqı tapdanan 11 sahibkar artıq həm bu qərarı verən əmlak məsələləri üzrə dövlət komitəsini və həm də bazar qarışıq 11 obyekti qanunsuz olaraq zəbt edən Qaradağın icra başçısının yaxın adamlarını məhkəməyə veriblər. Bununla yanaşı, haqqı tapdanan sahibkarlardan biri Ağayev Ağahüseyn Qulam oğlu bu günlərdə prezident İlham Əliyevə məlum şok qanunsuzluqların da qeyd olunduğu açıq məktubla mətbuatda çıxış etdi.

Bununla əlaqədar DİA.AZ-a daxil olan informasiyalardan aydın olub ki, birbaşa olaraq dövlət başçısının təlimatı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova baş verən özbaşınalıqla əlaqədar təcili tədbirlərin görülməsi tapşırılıb: «Hər halda, bu qalmaqallı işi biabırçı edəni həm də odur ki, qanunsuz özəlləşdirmə zamanı digər dövlət qurumunun balansında olan obyekt barəsində də özbaşına qərar çıxarılıb ki, həmin qərarlar da komitə sədri tərəfindən imzalanıb».

Hər halda, hətta bu yanlışını düzəldəcəyi təqdirdə belə Kərəm Həsənovun durumunun yaxşı olmayacağını bildirən mənbəmiz vurğuladı ki, bir zamanlar prezident İlham Əliyevin deputatı olduğu Qaradağ ərazisində baş verənlər nəticəsində həm də İlham Əliyevə deputat seçkisində yardım edənlər, onun seçki kampaniyasında fəal iştirak edən qaradağlı iş adamları da zərər çəkiblər.

Geri qayıt