Əsas Səhifə > Dünya > OLEQ BLOXİNİN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
OLEQ BLOXİNİN SƏHHƏTİNDƏ PROBLEM YARANIB6-10-2012, 12:15 |
BAŞ MƏŞQÇI XƏSTƏXANAYA YERLƏŞDİRİLİB Futbol üzrə Ukrayna millisinin baş məşqçisi ürəyində yaranmış problemə görə xəstəxanada yatır. Trend-in Franspress-ə istinadən verdiyi məlumata görə, 59 yaşlı Oleq Bloxinin qan təzyiqi yüksəlib və xəstəxanaya yerləşdirilib. Onun bir həftə ürək-damar şöbəsində yatacağı bildilir. Bloxin ötən həftə demişdi ki, oktyabr ayında iki yoldaşlıq oyunundan sonra milli komandanın baş məşqçiliyindən istefa verəcək və Kiyevin "Dinamo" klubuna rəhbərlik edəcək. Geri qayıt |