Əsas Səhifə > Dünya > ABDULLAH GÜLÜN QONAĞI VAR
ABDULLAH GÜLÜN QONAĞI VAR6-10-2012, 12:28 |
PREZİDENT İRANIN VİTSE-PREZİDENTİNİ QƏBUL EDİB Türkiyə prezidenti Abdulla Gül İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə İranın sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və bu ölkənin iqtisadi inkişaf naziri Cövdət Yılmaz iştirak edib. A. Gül bildirib ki, Türkiyə ilə İran arasındakı əlaqələr iki ölkə xalqları və bölgənin sülh, dinc, sabitlik və rifahına yönəlmiş şəkildə inkişaf etməlidir: “Türkiyə ilə İran arasındakı əlaqələr bölgədə sülhün təmin olunması baxımından vacibdir”. Türkiyə prezidenti bu ilin avqustunda İran prezidenti Mahmud Əhmədinejadla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Məkkədə keçirilmiş fövqəladə toplantısında görüşdüyünü də diqqətə çatdırıb. M. Rəhimi də öz növbəsində Türkiyə ilə əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi məsələsində İran rəsmilərinin eyni mövqedə olduğunu deyib. Eyni zamanda İranın birinci vitse-prezidenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan başda olmaqla Ankarada yüksək səviyyədə keçirdiyi görüşlərlə bağlı A. Gülə məlumat verib. Geri qayıt |