Əsas Səhifə > Partiya > İSLAMÇILARIN İŞİ NƏZARƏTƏ GÖTÜRÜLÜR
İSLAMÇILARIN İŞİ NƏZARƏTƏ GÖTÜRÜLÜR6-10-2012, 12:40 |
ONLAR SİYASİ MƏHBUS ELAN OLUNUR? Artıq Ştrasserin siyasi məhbuslarla bağlı hazırladığı hesabat AŞPA tərəfindən dəstəkləndi. Eyni halda bundan sonra ölkədə siyasi məhbus anlamının kimə şamil edilməsi də məlum olacaq. FaktXeber.com-un “AŞPA-da siyasi məhbuslarla bağlı qətnamənin qəbul olunması, hüquqlarını müdafiə etdiyiniz şəxslərin işlərinə nə kimi təsir göstərəcək”, - sualını cavablandıran tanımış hüquq müdafiəçisi, vəkil Anar Qasımlı bildirdi ki, AŞPA-nın qətnaməsində din və vicdan azadlığı hüquqlarının pozulması da siyasi məhbus kriteriyasının bir amili kimi göstərilib: “Eyni zamanda Ştrasser tərəfindən hazırlanan siyahıda mənim hüquqlarını müdafiə etdiyim şəxslərin adları var. Bu o deməkdir ki, siyasi məhbus siyahısı müzakirə ediləndə Azərbaycan hakimiyyəti bu arqumenti əsas gətirə bilməyəcək ki, din və vicdan azadlığı kriteriyaları siyasi məhbus kriteriyalarına daxil deyil. Bu onu göstərəcək ki, gələcək də islamçıların da adı həmin siyahıda təsdiqlənəcək. ” Bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin dərhal azadlığa buraxılmadığını bildirən Anar bəy, “ bundan sonra islamçıların məhkəmə prosesləri beynəlxalq təşkilatların nəzarətində olacaq. Eyni halda beynəlxalq təşkilatlar islamçıların işlərinə yenidən baxılması və onların azadlığa buraxılması ilə bağlı çağırışlar edəcəklər”, - deyə bildirdi. Geri qayıt |