Əsas Səhifə > Dünya > PREZİDENT TOY ADƏTİNƏ MÜDAXİLƏ ETDİ
PREZİDENT TOY ADƏTİNƏ MÜDAXİLƏ ETDİ7-10-2012, 12:45 |
ATƏŞ AÇMAYIN, SMS GÖNDƏRİN Çeçenistanda toyda havaya atəş açmaq qadağan edilib. Bu barədə respublika başçısı Ramzan Kadırov Rusiyanın "Vesti" proqramının efirində məlumat verib. Kadırovun sözlərinə görə, əvvəllər Çeçenistanda toy karvanının hərəkəti zamanı çox vaxt atəş açılırdı və atəş açanlar da müxtəlif strukturların nümayəndələri olurdu. "Mən onlara dedim: əgər biz asayiş keşikçiləriyiksə, özümüz qanunu pozmamalıyıq. Qədim zamanlarda toy karvanında gəlini gətirdiklərini bir-birinə xəbər etmək üçün atəş açırdılar, indi isə bunu SMS göndərməklə də etmək olar" - Ramzan Kadırov belə deyib. Çeçenistan prezidenti həmçinin vurğulayıb ki, toyda atəş açmaq, ümumiyyətlə, çeçen xalqının adəti deyil. Xatırladaq ki, ötən həftə Moskvada dağıstanlıların toy karvanında travmatik silahdan atəş açanlar saxlanılaraq cərimələnmiş və bu insident Rusiya ictimaiyyətində əks-səda doğurmuşdu. Geri qayıt |