Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > NARAZI CAMAAT FHN-NİN QARŞISINDA ÇADIR QURACAQ

NARAZI CAMAAT FHN-NİN QARŞISINDA ÇADIR QURACAQ


7-10-2012, 17:44
NARAZI CAMAAT FHN-NİN QARŞISINDA ÇADIR QURACAQ
ZAQATALA SAKİNLƏRİ NARAZILIQ EDİR

DİA.AZ: - Xatırladaq ki, Zaqatalada bir neçə ay əvvəl baş verən zəlzələnin ardınca prezident İlham Əliyevin sərəncamı ilə rayonda yaşanan dağıntıları və zəlzələdən zərər çəkənlərə dəyən xərcləri ödəmək üçün 20 milyon manat pul ayrıldı.

İlkin rəsmi açıqlamalara görə 800-dən çox evin dağıldığı Zaqatalaya bu qədər yüksək məbləğdə pulun ayrılması ilk baxışdan onu düşünməyə əsas verirdi ki, sakinlərə dəyən ziyan artıqlaması ilə kompensasiya ediləcək. Lakin, sən saydığını say, gör, Zaqataladakı yerli məmurlar nə sayır?!

DİA.AZ-a rayon sakinlərinin verdiyi məlumata görə, Zaqatalada yerli məmurlar, konkret FHN-in bu bölgə üzrə rəsmiləri rayona ayrılan 20 milyon manatın başına fırlanmağa başlayıblar. Məlumata görə, rayonda zəlzələdən zərər görən evləri qeydiyyata alan məmurlar zədəli və yaşamaq mümkün olmayan evləri siyahıya salmaqdan imtina edirlər. Sakinlərin verdiyi məlumata görə, rayonda elə var ki, zəlzələdən uçmayıb, ancaq elə formada zədələnib ki, içində yaşamaq insan həyatı üçün təhlükəlidir və hər an uça bilər. Sakinlər bildirir ki, Zaqatala icra hakimiyyətinin fövqəladə hallar komissiyasının əməkdaşları onların zədəli evlərini qeydiyyata almaqdan imtina edirlər. Bu isə o deməkdir ki, həmin evlərin sakinlərinə heç bir kompensasiya verilməyəcək. Məlumata görə, belə hallar xüsusən, rayonun Tala kəndində və Zaqatala şəhərinin mərkəzi hissələrinə daha çoxdur.

Rayon sakinlərinin sözlərinə görə, bu, icra başçısı Mübariz Əhmədzadənin tapşırığı ilə həyata keçirilir. Qeyd edək ki, zədəli evlərin qeydiyyata alınmaması rayon sakinləri arasında ciddi etiraza səbəb olub. Hazırda rayonda zəlzələdən sonra gərgin olan vəziyyət bir az da gərginləşməkdədr. Sakinlərin narazılığı özünün pik həddinə çata bilər.

Onu da bildirək ki, onlarla zəlzələ qurbanı olan ailə hələ də çadırlarda yaşayırlar və yeyinti faktının olması belə deməyə əsas yaradır ki, get-gedə havaların soyuması onların dərdlərinin üstünə dərd gətirəcək. Bu bardədə rayondakı qaynaqlardan aldığmız məlumatda deyilir ki, birbaşa olaraq “Gilan” Holdinqə tərəfindən həyata keçirilən inşaat işlərinin də məhz YETƏRLİ VƏSAİTİN olmaması səbəbindən yubanması çadır sakinlərinin gümanlarının düz çıxacağını qarantiləyir.

Mənbənin söylədikləri: “Artıq havalar sosyuyub və çadırdakılar üşüyür. Amma bu kiminsə vecinə olmadığından zəlzələ qurbanı olan ailələr Bakıya yürüş etməyi düşünürlər”. Hətta həmin ailələrdən biri redaksiyamıza bildirdi ki, onlar hazırda çadırda yaşayırlar və evləri oktyabr ayının sonlarına qədər hazır olmazsa, FHN-nin qarşısında çadır qurub yaşayacaqlar ki, Kəmaləddin Heydərov hərəkətə gəlsin.

Geri qayıt