Əsas Səhifə > Sosial, Manşet > «KAPİTALBANK»DA ƏMANƏTƏ XƏYANƏT MAXİNASİYASI
«KAPİTALBANK»DA ƏMANƏTƏ XƏYANƏT MAXİNASİYASI8-10-2012, 10:41 |
SOVET DÖVRÜNDƏN QALMA ƏMANƏTLƏRİN QAYTARILMASI BİZNESƏ ÇEVRİLİB DİA.AZ: - Sovet dövründən qalma əmanətlərin qaytarılması prosesinin əmanət olunduğu «KapitalBank»dan sovet dövrünün əmanətçilərinin şikayətləri durmadan artmaqdadır. Bildirək ki, bank nümayəndələri davamlı olaraq sözügedən proseslə bağlı ictimaiyyəti məlumatlandırmaları barədə görüntü yaratmağa çalışsa da, ayrı-ayrı filiallardakı özbaşınalıq hallarının qarşısını almaq barədə kimsə düşünmür. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, konkret olaraq, Gəncədə, Mingəçevirdə və Bakının daha bir neçə rayonunda (xüsusən Yasamaldakı filiallar -red) «KapitalBank» filiallarının rəhbərləri əməlli-başlı «əmanət biznesi» qurublar. Bu barədə danışan mənbənin söylədikləri: «Həmin filialların rəhbərliyi əmanətini qurtarmağa çalışan vətəndaşlardan ən yaxşı halda 10 faiz qədərində rüşvət tələb edirlər. Yəni onsuz da sovet dövründə qoyulan əmanətlərin hamısını ala bilməyən vətəndaşların ümidləri daşa dəyib, bir yandan da «KapitalBank» işçiləri onların əsəblərini əlavə olaraq tarıma çəkməkdədir» Mənbəmiz onu da bildirdi ki, artıq «KapitalBank»dakı «əmanətə xəyanət» maxinasiyaları ilə bağlı müvafiq dövlət qurumlarına bir neçə şikayət məktubu ünvanlanıb: «Hər halda, bu bankın arxasında kimlərin dayandığı məlumdur. Amma qərar verilərsə, bu məsələ araşdırılacaq. Araşdırmanın yekununda isə bəzi filial rəhbərlərinin iş yerləri ilə yanaşı, azadlıqlarını da itirməsi istisna deyil». Mənbəmiz bu kimi halların "KapitalBank"ın işğal altında olan rayonlarımza aid filiallarına daha da geniş vüsət aldığını bildirdi. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |