Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOV NAZİRLƏ «RAZBORKA»DA

CAVİD QURBANOV NAZİRLƏ «RAZBORKA»DA


8-10-2012, 12:18
CAVİD QURBANOV NAZİRLƏ «RAZBORKA»DA
ÇƏTİN DURUMDA OLAN ASC PREZİDENTİNƏ HƏTTA FHN ŞEFİ DƏ KÖMƏK EDƏ BİLMƏZ

DİA.AZ: - Hər kəsin ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı qalmaqala başının qarışdığı bir məqamda hakimiyyətin başqa bir cinahında ənənəvi mübarizə davam etdirilir. Söhbət nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun arasındakı konfliktdən gedir.

Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda iki nazirin qovğasında «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanovun da adı hallandırılmışdı. İddialara görə, Cavid Qurbanovu nazir gətirtmək istəyən Kəmaləddin Heydərov dünənə qədər Ziya Məmmədovun sayəsində ayaqda duran ASC prezidentini öz nazirinə qarşı qaldırmağa da müvəffəq olub.

Biz isə etibarlı mənbələrə istinadən xəbər vermişdik ki, əslində məşhur «Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərə qədər gedib çıxan Ziya Məmmədov-İran əlaqələrində əsas fiqurun Cavid Qurbanovdur və onun sürücüsü kimi təqdim olunan və əslində ASC prezidentinə kassirlik edən Mahir Lənkəranlının İran kəşfiyyatı üçün önəmli fiqur olduğunu vurğulamışdıq.

Bütün bunları təkrarən diqqətə çatdıran Nazirlər Kabinetindəki bilgili qaynaq iddia edir ki, hətta bu şəraitdə belə, Ziya Məmmədov Cavid Qurbanovu görəvindən aldıra biləcək səviyyədə deyil: «Ziya Məmmədov rəsmən Cavid Qurbanovla bacarmır. Halbuki Əbülfəz Elçibəy dövrünün kadrı olan bu adamı zamanında məhz Heydər Əliyevə «lazımlı fiqur» kimi NN şefi təqdim etmişdi. İndii isə Cavid Qurbanov onu qoruyan bir şəxsə qarşı hərəkətdədir».

Məlumatlı qaynağın DİA.AZ-a iddialarından o da aydın olur ki, bu günlərdə Cavid Qurbanovla Ziya Məmmədov arasında «razborka» xarakterli söhbət də olub: «Nazir bildirib ki, «yuxarılar» nəhayətdə onun sözünü deyəcəklər və hər türlü «separatçılıq» məğlubiyyətə uğrayacaq. Amma bu zaman Cavid Qurbanov hər şeyi inkar etməklə yanaşı, Ziya Məmmədovu ona sədaqətli olduğuna inandırmağa çalışıb».

Bunun səbəbsiz olmadığını bildirən mənbəmiz vurğuladı ki, artıq Cavid Qurbanov nazirin hansısa şəxsi ambisiyadan doğan təşəbbüsü ilə deyil, məhz «İranın agenti» kimi hədəfə çevrildiyindən və hətta bu işdə xüsusi xidmət orqanlarının araşdırma aparması nədənindən çətin günlərini yaşayır. Və belə bir şəraitdə onu hətta Kəmaləddin Heydərov da qorumaq iqtidarında deyil.

Geri qayıt