Əsas Səhifə > Güney Press, Araşdırma > HEYDƏR BABAYEV HƏBS OLUNACAQ
HEYDƏR BABAYEV HƏBS OLUNACAQ8-10-2012, 12:24 |
SABİQ NAZİRİN ƏMLAKİ UĞRUNDA DAVA Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin başı üzərində qara kabus dolaşır. Heydər Babayevin rəqibləri onun işdən çıxarılmasıyla kifayətlənməyib sabiq nazirin həbsini reallaşdırmaq istəyirlər. Bir neçə gün öncə isə sabiq nazirin "Çudo Peçka"sı ətrafında gedən "əməliyyat" onun bu obyektinin də əlindən alınması istiqamətində gedən hazırlıq işlərinin təzahürü kimi dəyərləndirilir. Bu barədə "AzeriNews.org "a məlumat verən mənbə bildirir ki, artıq Heydər Babayevin həbsinə hazırlıq gedir. Bunun üçün isə köhnə cinayət işi yenidən ortaya atılıb. "Söhbət bir müddət əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Departamentinin rəhbəri Samir Dadaşov, departamentin rəis müavini Yalçın Məmmədov, departamentin sektor müdiri İlham Şahmirzəyev, həmin sektorun baş məsləhətçisi İdrak Ələkbərov, həmçinin qurumun Sumqayıt şöbəsinin iki əməkdaşı barədə başlanan cinayət işindən gedir. Bilirsiniz ki, bu hadisə Heydər Babayev nazir olanda baş vermişdi. Məqsəd isə Heydər Babayevi "vurmaq" idi. Lakin sonradan hansısa səbəblərdən Samir Dadaşov və Yalçın Məmmədov azadlığa buraxıldı. Digərlərinin də azadlığa buraxılacağı barədə razılıq əldə olundu. Bundan sonra isə Heydər Babayev vəzifəsindən kənarlaşdırıldı. İndi həmin məsələ yenidən aktuallaşıb. Bu dəfə isə Heydər Babayevi həbs etmək üçün". Mənbə bildirir ki, bu həm də Heydər Babayevin olan-qalan əmlakını da ələ keçirmək düşünülüb. "Ola bilər ki, sabiq nazir yenə də hansısa güzəştlərə gedib, canını qurtara bilər. Amma güzəştə getməyəcəksə həbsi qaçılmazdır. Çünki artıq Heydər Babayevə qarşı hərəkətə keçilib",- deyə mənbə vurğulayır. Geri qayıt |