Əsas Səhifə > Dünya > NATO İRANA GİRMƏYƏCƏK
NATO İRANA GİRMƏYƏCƏK4-11-2011, 12:47 |
“NATO-NUN BELƏ NİYYƏTİ OLMAYIB VƏ YOXDUR” NATO heç bir halda İrandakı vəziyyətə müdaxilə etmək niyyətində deyil. "İTAR-TASS"ın verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibi Anders Foq Rasmussen bildirib. İsrailin İrana mümkün hərbi müdaxiləsi haqda sualı cavablandıran baş katib deyib: "NATO-nun belə niyyəti olmayıb və yoxdur. Alyans İran probleminin həllinə cəlb olunmayıb". Rasmussen Tehranı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, uranın zənginləşdirilməsi prosesini dayandırmağa da çağırıb. Geri qayıt |