Əsas Səhifə > Şou-biznes > İLQAR XƏYAL ETİRAF ETDİ
İLQAR XƏYAL ETİRAF ETDİ4-11-2011, 12:54 |
O, GƏNCLİYİNDƏ ALMAZ ƏLƏSGƏRLİNİ SEVİRMİŞ ATV-nin "Ulduz oldun" verilişində populyar müğənni İlqar Xəyal gözlənilməz etiraf edib. Day.Az-ın verdiyi məlumata görə, o bildirib ki, vaxtilə həmkarı Almaz Ələsgərlini sevirmiş. "Almaz xanım çox gözəl qadındır. Ona vurulmamaq mümkün deyil. Çox xoşuma gəlirdi. Amma onu dəlicəsinə sevdiyimi də deyə bilmərəm. Belə olsaydı, sonadək gedər, onun razılığını alar və indi onunla birlikdə olardım", - deyə İ.Xəyal bildirib. İ.Xəyal ürəyini A.Ələsgərliyə qismən açıbmış: "Bir dəfə soruşdum ki, "Məni bəyənirsənmi?" O, "Hə" dedi. Sonradan onu bir dəfə evinədək ötürdüm və hər şey bununla bitdi. O zaman nə danışdığımızı dəqiq xatırlamıram. Onunla birlikdə olmaq istəyirdim. Görünür, razılaşmayıb deyə bu, baş verməyib". İlqar Xəyal indi xoşbəxt ailəsinin, 2 övladının olduğunu da xatırladıb. Geri qayıt |