Əsas Səhifə > Sosial, Manşet > YARDIMLIDA KORRUPSİYA FISQIRIR

YARDIMLIDA KORRUPSİYA FISQIRIR


17-09-2011, 13:26
YARDIMLIDA KORRUPSİYA FISQIRIR

BAŞÇIDAN QEYRİSİ VƏZİFƏLƏRİ NƏ ALA BİLƏR, NƏ DƏ SATA

DİA.AZ: - Hakim komandanın korrupsiya ilə mübarizəsinin bir kampaniya olması və bu kampaniyanın əksər rayonlara ümumiyyətlə, yaxın düşməməsi artıq bir faktdır. Belə rayonlardan biri də Xəzər Aslanovun başçılıq etdiyi Yardımlıdır.

“Dünya” İnformasiya Agentliyinə (dia-az.life) məlumat verən rayondakı qaynağıq sözlərinə görə, Xəzər Aslanov Yardımlıda əməlli-başlı «BAZAR SİYASƏTİ» qurub və korrupsiyanın kralı ilə məşğul olmaqdadır. Özünə o qədər arxayındır ki, hətta bu əməllərini dövlətin qanunlarını, siyasətini ayaqlar altına ataraq icra etməkdədir.

Mənbənin sözlərinə görə, rayondakı bütün yerli idarə və müəssisələrə rəhbər təyinatını öz əlinə alan Xəzər Aslanov hətta həmin dövlət qurumlarında aşağı vəzifədə çalışanlarla bağlı işəgötürmə qərarlarını da şəxsən öz üzərinə götürüb: «Onun icazəsi olmadan kimsə işə götürülə bilməz. Hətta vəziyyət o həddədir ki, Xəzər Aslanov rayonu bir neçə günlük tərk etdiyi zaman belə ağır söyüş qoyaraq, idarə müdirlərini hədələyir».

Bütün bu işlərə isə rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Mahir Mirzəyev rəhbərlik etməkdədir. Yəni başçının kassiri rolunu oynayan Mahir Mirzəyev vəzifələrin qiymətini müəyyən etməklə yanaşı, yığılan rüşvətin Xəzər Aslanova çatdırılmasını da təşkil edir.

Mənbəmiz konkret misal da çəkir ki, bu faktlarla rayondakı özbaşınalığın kuliminasiya həddinə çatdığı aydın olur. Belə ki, mənbəmiz Xəzər Aslanovun bir həftənin içində bir vəzifə ilə bağlı bir neçə dəfə qərar verdiyini sübut edən faktları ortaya qoyur:

«Əvvəllər rayon icra hakimiyyətin baş arxitektor vəzifəsində işləmiş Cahid Zairov rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinə rəhbər gedə bilməsi üçün anlaşır. Lakin bir həftə keçməmiş başçı həmin posta görə tələb olunan rüşvətin miqdarını artırır və Cahid Zairov yeni vəzifəsindən könüllü olaraq imtina etmək məcburiyyətində qalır».

Lakin bu da son deyilmiş. Mənbəmiz bildirir ki, eyni vəzifəyə Cahid Zairovdan əvvəl Amil adlı şəxs təyin olunmaq fikrinə düşüb və ondan tələb olunan rüşvətin 8 min manatını ödəsə də, yerdə qalan hissəni ödəyə bilmədiyindən «istefa vermək» məcburiyyətində qalıb: «İndi də həmin vəzifə boşdur. Amil isə həm yeni iş yerini, həm də köhnə iş yerini itirib. O bu vəzifəyə tamah salana qədər RİH-nin mülki-müdafiə şöbəsinin müdiri olub».

Bir sözlə, Xəzər Aslanov RİH-nin iki yüksək vəzifəli əməkdaşını rayon ƏƏSMM-nin rəhbəri postuna tamahlandıraraq uzaqlaşdırıb və onların yerinə yüksək miqdarda pulun müqabilində yeni şəxsləri təyin etdirib.

Onu da bildirək ki, Xəzər Aslanovun korrupsiya əməlləri ilə bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub və bu istiqamətdəki araşdırmalarımız davam edir…

Bizi izləyin.


Geri qayıt