Əsas Səhifə > Güney Press, Araşdırma > İQBAL AĞAZADƏ HANSI NAZİRLƏRDƏN RAZILIQ EDİR?

İQBAL AĞAZADƏ HANSI NAZİRLƏRDƏN RAZILIQ EDİR?


9-10-2012, 09:26
İQBAL AĞAZADƏ HANSI NAZİRLƏRDƏN RAZILIQ EDİR?
“ETDİYİM ZƏNGLƏRƏ YÜKSƏK SƏVİYYƏDƏ CAVAB VERİRLƏR”

Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurumlarının rəhbərlərinin deputatların rəsmi sorğularına belə, cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, heç bir nəticə əldə edə bilmirlər.
Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb.

Milli Məclisin deputatı İqbal Ağazadə bildirib ki, onun dövlət qurumlarına olan sorğularına rəhbərlik səviyyəsində hər zaman cavab verilir. “Sorğularıma, telefon zənglərimə ən yüksək səviyyədə cavab verilir. Sorğularıma cavab verilməməsi halları ilə isə rastlaşmamışam”.

İ. Ağazadə daha çox Təhsil, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Gənclər və İdman nazirlikləri, Dövlət Neft Şirkəti, Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladığını vurğulayıb.

Geri qayıt