Əsas Səhifə > Sosial, Manşet > ELDAR ƏZİZOV SEÇKİLƏRƏ QƏDƏR GÖRƏVDƏN ALINIR
ELDAR ƏZİZOV SEÇKİLƏRƏ QƏDƏR GÖRƏVDƏN ALINIR9-10-2012, 11:49 |
SUMQAYITIN İCRA BAŞÇISINI DAHA YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİRLƏR DİA.AZ: - Mətbuata verdiyi açıqlamasında jurnalistlərin onun həmişə daha yüksək vəzifələrə təyin ediləcəyindən şəstlə danışan Sumqayıtın icra başçısı Eldar Əzizovun deyəsən, bu davranışlarda bulunmasına ciddi şəkildə haqqı var imiş. Çünki redaksiyamıza yenə də onun daha yüksək məqama təyin ediləcəyi barədə məlumatlar daxil olub. Hökumət içindəki qaynaqların DİA.AZ-a bildirdiyinə görə, Sumqayıtın rəhbəri keçirilməsi gələn ilə nəzərdə tutulan prezident seçkiləri ərəfəsində vəzifəsindən azad ediləcək. Məlumata görə, icra başçısı daha yüksək posta təyin olunur və bu tədarük də onunla bağlıdır. Amma hələlik Eldar Əzizova Sumqayıtın rəhbəri kürsüsündə bir neçə aylıq oturma şansı tanınıb. Mənbəmiz bildirir ki, Eldar Əzizov Prezident Administrasiyasında şöbə müdiri postuna gətirilir: «Məlumdur ki, Sumqayıtın icra başçısı ilə bağlı əvvəlcədən də böyük planlar var idi. Birbaşa olaraq hakimiyyətin üst düzəyi ilə isti münasibətləri olan Eldar Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilməsə də, onun PA-da şöbə müdiri olacağı haqda qərar qətiləşib». «İcra başçısı kimin yerini tutacaq» sualımızın cavabında isə mənbəmiz bildirdi ki, həmin ərəfəyə qədər bir çox məsələlərdə dəyişikliklər baş verəcək: «O zaman kimin gedəcəyini hər kəs görəcək. İndidən də həmin adamı təxmin etmək o qədər də çətin deyil». Xatırladaq ki, Eldar Əzizov müsahibəsində “Sağ olsun jurnalistlər! Başqalarını vəzifədən “çıxarırlar”, amma mənim vəzifəmi böyüdürlər” ifadəsini işlətmişdi. Deyəsən, bu dəfə də belə oldu, Eldar müəllim… Geri qayıt |