Əsas Səhifə > Şou-biznes > “ÜZƏRİMİZƏ BÖYÜK BİR YÜK GÖTÜRDÜK”

“ÜZƏRİMİZƏ BÖYÜK BİR YÜK GÖTÜRDÜK”


10-10-2012, 10:45
“ÜZƏRİMİZƏ BÖYÜK BİR YÜK GÖTÜRDÜK”
GƏNC AKTYORUMUZ NİŞANLANDI

Pantomima Teatrının aparıcı aktyoru Rafiz Mehdizadənin bu günlərdə nişan mərasimi düzənlənib.

Bu haqda məlumatı aktyor Milli.Az-a müsahibəsində bildirib:

"Nişanlanmaq xəbərindən, yadındadırsa, əvvəlki müsahibədə danışmışdıq. Qısa zaman ərzində nişan mərasimi keçirməyi palnlaşdırdıq. Üzərimizə böyük bir yük və məsuliyyət götürdük (gülür). Nişan mərasimində ailə üzvləri və yaxın qohumlar iştirak edirdilər. Özümüz belə istədik. Maşallah, adam çox idi deyə qonaqları evə yerləşdirə bilmədik, onun üçün də nişanı restoranlardan birində keçirməyi məqsədəuyğun hesab etdik.

Fikrimiz var ki, bundan sonra toy haqqında fikirləşək. İnşallah, toyu yay ayında etməyi nəzərdə tutmuşuq. Amma gün hələ ki, dəqiq deyil, şənbə-bazar gününə, yəqin ki, düşməyəcək, çünki tamaşalarımız var (gülür). Nişanlım Ləman ilə mən universitetdə tanış olmuşuq, onu da qeyd edim ki, Ləman da bizim teatrda aktrisadır. Sonda onu demək istəyirəm ki, Allah hamını bizim kimi xoşbəxt etsin".

Geri qayıt