Əsas Səhifə > Dünya > «ƏL-QAİDƏ» MKİ-NİN ÜÇ CASUSUNUN BAŞINI KƏSİB
«ƏL-QAİDƏ» MKİ-NİN ÜÇ CASUSUNUN BAŞINI KƏSİB10-10-2012, 10:55 |
CƏSƏDLƏR ŞƏHƏRİN KÜÇƏLƏRİNƏ ATILIB FaktXeber.com-un verdiyi məlumata görə, «Əl-Qaidə» terrorçuları Yəmənin Maarib şəhərində Amerika kəşfiyyatına və hökumətin xüsusi xidmət orqanlarına casusluqda ittiham elədiyi üç şəxsin başını kəsib. Yerli tayfa nümayəndələri öldürülən şəxslərin cəsədlərinin şəhərin küçələrinə tullandığını bildirib. Yəmən xüsusi xidmət orqanları, edam edilən şəxslər hökumət nümayəndələrinə «Əl-Qaidə» terrorçularını izləməyə və silahlı qrupun bir neçə üzvünü öldürməyə imkan verən informasiyaları çatdırmaqda şübhəli biliniblər. Geri qayıt |