Əsas Səhifə > Siyasət, Manşet > CƏNUB BÖLGƏSİNDƏ ŞIDIRĞI VƏZİFƏ ALVERİ GEDİR
CƏNUB BÖLGƏSİNDƏ ŞIDIRĞI VƏZİFƏ ALVERİ GEDİR10-10-2012, 11:16 |
İCRA BAŞÇISININ MÜAVİNİ OLMAQ ÜÇÜN 300 MİN MANAT VERMƏLİSƏN DİA.AZ: - Redaksiyamıza cənub reginonda yeni icra başçılarının həyata keçirdikləri kadr islahatları ilə bağlı ilginc məlumatlar daxil olub. Informasiyalardan da aydın olur ki, Bakıda olduğu kimi əyalətdə də hər bir vəzifənin öz qiyməti var. DİA.AZ-a ötürülən xəbərə görə, Astara rayon icra hakimiyyətində 11 il 1-ci müavin işləyən Məzahir Hüseynov nəhayət vəzifəsindən azad edilib. Məzahir Hüseynov bir neçə ay əvvəl İcra Hakimiyyətinin Şəhər Üzrə Nümayəndəliyindən azad edilərək Astara qəzetinə baş redaktor göndərilən Azər Abdullayevin yerinə təyin edilib. Mənbəmiz Məzahir Hüseynovun yerinin qiymətinin 300 min manat olduğunu da bildirib. Qeyd edək ki, Astara Rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət məsələləri üzrə müavini Natiq müəllimin də işdən çıxarıldığı barədə söhbətlər dolaşır. İcra hakimiyyətindəki məsul vəzifə ilə yanaşı həm də YAP-ın Astara təşkilatının sədri olan Natiq müəllimi 2 həftədən artıqdır ki, gördüm deyən yoxdur. Onun mobil telefonuna da zəng çatmır. Astarada adı “qara siayhıda” olanlar sırasında dolaşan söhbətlərdə arabir təhsil şöbəsinin müdiri Qızbəs müəllimin də adı çəkilir. Digər rayonlarda olduğu kimi burada da ixtisara düşən orta təhsillilərin boş vəzifələrin “tas”ları barədə maraqlı məlumatlar dolaşır. Məsələn, təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat üçün 150 min manat tələb olunur. Əldə etdiyimiz məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Rayon Şöbəsinin müdiri Mirağa Salmanov nəhayət daşıdığı vəzifədə azad edilib. Onun yerinə isə icra başçısı hələlik adam axtarır. Bu gəlirli vəzifənin qiymətinin də 150 min manat olduğu deyilir. 3 ay boş qaldıqdan sonra Masallı Rayon Maliyyə Şöbəsinə axır ki, müdir tapılıb. Bir neçə il bundan öncə Masallı Rayon ƏSSM-nin (el arasında ünvanlı yardım verən idarə) müdiri işləmiş Azər Abdullayev bir neçə namizəd içərisindən, necə deyərlər, “gərgin mübarizə”dən sonra həmin vəzifəyə təyinat alıb. Bu təyinat maraqlı suallar doğurub. Belə ki, Azər müəllim Masallı Təhsil Şöbəsinin müdiri Astan İbişovla əvvəldən bacanaq və son vaxtlar isə quda olublar. Masallıda digər kadr dəyişikliyi isə polis şöbəsində baş verib. Belə ki, bir həftə öncə vəzifəsindən azad edilən Əkbər Yusifovun yerinə Tərtər Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Masallıda Aqro-Serviz Xidmətinin rəhbəri Qafil Məmmədov da daşıdığı vəzifədən azad edilib. Hazırda Masallıda Hərbi Komissar, polis şöbəsində bir neçə bölmə rəisliyi, icra hakimiyyətində şöbə müdirliyi, bir neçə kənddə ərazi nümayəndəsi, müavini və mühasibi yerləri boşdur. Təbii ki, hər bir yerin də öz qiyməti var. Geri qayıt |