Əsas Səhifə > Sosial, Manşet > ŞEYX LƏNKƏRANDA QUBA HADİSƏLƏRİNİ TƏKRARLAYACAQ
ŞEYX LƏNKƏRANDA QUBA HADİSƏLƏRİNİ TƏKRARLAYACAQ11-10-2012, 09:27 |
TALEH QARAŞOVA QARŞI AYAQLANAN KƏND PAŞAZADƏNİN DOĞULDUĞU YERDİR DİA.AZ: - Lənkəran bir sıra ucqar kəndlərinin bərbad yollarının ölkə başçısının sərəncamına uyğun olaraq təmirinə başlanılsa da, buradakı onlarla bərbad yollardan bezənlər də az deyil. Belə ki, bu günlərdə yerli sakinlər Şağlaser kəndi ilə Çil kəndi arasındakı körpünü bağlayıblar. Əsas səbəb də o olub ki, Vilvan-Çil-Xarxatan- Şağlaser-Zövlə yolunun bərbad vəziyyətdə olmasıdır. Minlərlə insanı yaşadığı bu kəndlərin sakinləri qışda palçıqdan, yayda toz-torpaqdan əziyyət çəkir. Etirazçılarla görüşə icra hakimiyyətinin və polis şöbəsinin nümayəndələri gəlib. Aksiya dinc şəkildə başa çatıb. Ən maraq doğran məqam da odur ki, etiraz aksiyasının keçirildiyi Çil kəndi Şeyxin- Allahşükür Paşazadənin anadan olduğu kənddir. Rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatdan aydın olur ki, Şeyxin həmkəndliləri icra başçısı Taleh Qaraşovun zülmündən giley-güzar edirlər: «Onlar hətta narazılıq dolu məktublarını Allahşükür Paşazadəyə ünvanlayaraq, yardım istəyiblər». Mənbəmiz bildirir ki, əslində Çil kəndinin bu gün Taleh Qaraşova qarşı getməsi səbəbsiz deyil: «Elə hadisələr Bakıdan qarışdırılır. Hələlik Şeyx öz həmkəndlilərini başçıya qarşı qaldırır. Bunun ardından da digər kəndlər də Taleh Qaraşovun istefası tələbi ilə ayağa qalxacaqlar. İstənilən bir rayonda yetərincə sosial problemlər var. Yəni istənilən zaman istənilən bir başçıya qarşı səbəb tapıb, etiraza qalxmaq olar. Məhz bundan yararlanar Şeyx də Lənkəranın icra başçısına qarşı bir növ Qubadakı 1 mart hadisələrinin təkrarına bənzər bir ssenari hazırlayır». Mənbəmiz Şeyxin Taleh Qaraşova qarşı getməsinin nədənlərini isə belə izah etdi: «Məlumdur ki, Lənkəran və digər cənub rayonları əsasən Şeyxin kurasiyasında olub. Amma indi vəziyyət xeyli dəyişib və Taleh Qaraşov Şeyxin arzularına zidd olaraq Lənkərana başçı göndərilib. Ona görə də QMİ sədri öz gücünü nümayiş etdirmək istəyir». Geri qayıt |