Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOVA DAHA BİR ZƏRBƏ
MİSİR MƏRDANOVA DAHA BİR ZƏRBƏ11-10-2012, 10:48 |
NAZİRLİK SƏLAHİYYƏTLƏRİNDƏN BİRİNİ DƏ İTİRDİ Təhsil Nazirliyi səlahiyyətlərindən birini itirib, Nazirlər Kabineti və Akkreditasiya Komissiyasının səlahiyyəti artıb. Lent.az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Dəyişikliyə əsasən, artıq tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Başqa sözlə, Pedaqoji prosesin təşkili, tədris planlarının hazırlanması və təsdiqi orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. Fənn proqramları və metodik təminatla bağlı tövsiyələr Təhsil Nazirliyi, təlimin nəticələrinin qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında” 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, təhsilalanlar artıq Təhsil Nazirliyinin deyil, Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər. Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda da dəyişiklik edilib. Dəyişikliyə əsasən Akkreditasiya Komissiyasının səlahiyyəti artırılıb. Akkreditasiya Komissiyasına ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrini təhlil etmək, yerlərdə dəqiqləşdirmə aparmaq, buraxılış qruplarında (siniflərində) təhsil alanların bilik səviyyəsini qiymətləndirmək, nəticədə təhsilin məzmununun və mütəxəssis hazırlığı səviyyəsinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən səlahiyyəti verilib. Geri qayıt |