Əsas Səhifə > Sosial, Manşet > ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR

ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR


12-10-2012, 10:08
ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR
DİA.AZ-IN APARDIĞI ARAŞDIRMALAR ORTAYA İLGİNC FAKTLARI ÇIXARDI

DİA.AZ: - Məlumdur ki, Azərbaycana neft pulları gələndən sonra əldə olunan vəsait daha çox meqa tikinti layihələrinə sərf olunmağa başladı. Bunun da nəticəsidir ki, hazırda Azərbaycan paytaxtı inşaat meydançasını xatırladır. Göydələnlər göydələn arxasınca ucaldılır, Bakıda 4 milyardlıq ada salınır və daha nələr, daha nələr… Əsas olanı isə odur ki, bu tikinti projelərinə ayrılan neft pulları ilə müqayisədə ölkəyə axan neft pullarından xalqın sosial rifah halının yaxşılaşdırılmasına düşən pay olduqca azdır.

Bu heç də hamısı deyil. DİA.AZ-ın apardığı araşdırmalardan aydıni olur ki, ifarişi 2010-cu ildə verilən və inşası keçmiş Dağüstü Park ərazisində nəzərdət tutulan bir meqalayihənin memarları arasında erməni kökənli şəxs də var imiş. Hər halda, burada kimlərsə ayıb nəsə görməyə bilər. Amma əslində ayıb olası bir işdir. Ən azından ona görə ki, bu gün rəsmi Bakı ermənilərə qarşı olduqca prinsipial mövqe nümayiş etdirdiyini sərgiləyir. Elə bu fakta görə 2010-cu ildə sifariş edilən və hələ də inşasına tədarük görülən Dağüstü Park ərazisindəki Azərbaycanın dövlət gerbi formasında olacaq memarlıq kompleksini hazırlayanlardan birinin K.Sapriçyan olması olduqca üzücüdür.

Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, «AİCON CPİT» şirkəti tərəfindən sifarişi verilən həmin kompleksin müəlliflər siyahısı belədir: «A.Əsədov, K.Sapriçyan, A.A.Əsədov və D.Zrajefskiy»…

Hər hadla Azərbaycanın dövlət gerbinin formasında bir kompleksi hazırlayan erməniyə Azərbaycan xalqının həsrətlə baxdığı neft pullarından yetərincə payın düşməsi bir faktdır. Özü də utancverici fakt...

ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR
ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR
ŞOK: BİZİM NEFT PULUNU ERMƏNİ MEMAR YEYİR
Geri qayıt