Əsas Səhifə > Şou-biznes > "MARAQLI HƏDİYYƏDİR”

"MARAQLI HƏDİYYƏDİR”


12-10-2012, 10:14
"MARAQLI HƏDİYYƏDİR”
MODELİMİZ ƏRİNİ NECƏ SEVİNDİRƏ BİLİB?

Türkiyədə yaşayan modelimiz Günay Musayeva ailəsində dünən özəl günlərdən birini yaşadı.

Günay Musayeva həyat yoldaşı, məşhur aktyor Tolqa Karellə onun doğum gününü qeyd ediblər. Səsli-küylü məclisi həm də məşhur ailənin ilki Cihangir Can daha şən edib. Ətrafı dostlarla bol olan aktyor isə təbrik və hədiyyələrin çoxluğunu nəzərə alıb, onları bir gün öncədən qəbul edib. Hamısını bəyənib, onların bəzisini sosial şəbəkədən də yayımlayıb.

Günay Musayeva Milli.Az-a bildirdi ki, həyat yoldaşına elə bir özəl hədiyyə edib ki, bunu doğum gününə sayılı günlər qalanda deyil, çoxdan düşünüb.

"Maraqlı hədiyyədir. Mahiyyətini açmıram, bəzən hədiyyələr söylənməz (gülür). Əsas odur ki, Tolqa çox bəyəndi. Axşamkı partidən əvvəl Tolqa üçün ailə içində tort hazırladım. Bərabər kəsdik, dadına baxdıq. Sonra dostlarla başqa bir yerdə toplaşdıq. Günümüz maraqlı, sevincli keçdi. Gecəyə qədər əyləndik. Maqazinçilərə bağlı bir ad günü məclisi oldu", - deyə model bildirdi.

Geri qayıt