Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISININ 100 MİNLİK «ƏMƏLİYYATI»

İCRA BAŞÇISININ 100 MİNLİK «ƏMƏLİYYATI»


12-10-2012, 10:31
İCRA BAŞÇISININ 100 MİNLİK «ƏMƏLİYYATI»
VAQİF ABDULLAYEV 32 İCRA NÜMAYƏNDƏSİ YERİNDƏN NƏ QAZANIB?

Bir müddət əvvəl yazmışdıq ki, Azərbaycada böyük rüşvət dalğası başlayıb. Bu dalğanın başında birbaşa icra başçıları dayanır. Belə ki, icra başçıları ali təhsili olmayan icra hakimiyyətlərinin kənd və qəsəbələr üzrə icra nümayəndəliklərinin rəhbərlərini, onların müavinlərini və müsahibləri kütləvi şəkildə işdən çıxarır.

Onlar bildirilər ki, bu barədə göstəriş Prezident Administrasiyasından gəlib və qəti şəkildə tapşırılıb ki, texnikum təhsili olan bütün icra nümayəndələri, onların müavinləri, mühasiblər işdən çıxarılmalı, onlar ali savadlı kadrlarla əvəz olunmalıdır.

İcra başçıları isə «fürsət bü fürsətdir» deyərək rayonlarda onlarla insanı işdən azad edir və onların yerini açıq satışa çıxarırlar. PİA.AZ-a daxil olan məlumata görə Ağdam və Qazaxdan sonra, belə bir «əməliyyat» Beyləqanda keçirilib. Belə ki, ötən həftə Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev 32 ərazi-inzibati nümayəndənin müavinini işdən azad edib. İşdən çıxarılmaların kütləvi şəkil alması diqqəti cəlb edib.

Məlumatda bildirilir ki, boşalmış dövlət vəzifələrini satışa çıxaran İcra başçısı böyük «mənffət» əldə edib. Belə ki, böyük ərazi nümayəndəliyndəki müavin postlarını 3500 manata, kiçik ərazi nümayəndəliyndəki müavin postlarını isə 3000 manata satışa çıxaran başçı 100 000 manatdan artıq təmiz gəlir əldə edib.

Qeyd edək ki, məktəblərin yeni dərs ilinə açılmasından sonra Vaqif Abdullayevin hər bir direktordan 5000 manat alması haqqında məlumat dərc olunmuşdu. Həmin «əməliyyata» görə isə İcra başçısı 200 000 manat təmiz gəlir əldə etmişdi. Necə deyərlər Azərbaycan İcra başçılarının «biznesinə» söhbət ola bilməz. Hesab etmək olar ki, bizim İcra başçıları dünyanın ən gəlirli və ən asan, demək olar ki, sərmayəsiz «biznesinə» sahibdirlər. Baxmayaraq ki, bu biznesin adı «kütləvi korrupsiyadır».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt