Əsas Səhifə > Güney Press, Araşdırma > bp-NİN GÜNAHI YOX İMİŞ?

bp-NİN GÜNAHI YOX İMİŞ?


12-10-2012, 10:33
bp-NİN GÜNAHI YOX İMİŞ?
AZƏRBAYCAN EHTİYAT TƏDBİRLƏRİNİ GÖRMƏLİ İDİ

"Neftin belə bahalı vaxtında bazara daha çox "qara qızıl" çıxarılsaydı, Azərbaycan daha çox qazanc götürə bilərdi. Ancaq hökumət bunun üçün əvvəlcədən ehtiyat tədbirləri görməli idi ki, vaxtında lazımi qərarlar çıxarılıb icra olunsun".

Bunu enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan Prezidenti İlham Əliyevin neft hasilatındakı proqnozları yerinə yetirmədiyinə görə bp şirkətini tənqid etməsinə münasibət bildirirkən deyib.

Mərkəzin rəhbəri deyib ki, ARDNŞ ilə bp arasında aparılan danışıqlarının detalları məlum olmadığından, bu barədə hansısa mülahizə xarakterli fikir söyləmək düzgün olmaz. Lakin dünya bazarında neftin qiymətinin 110 dollardan çox olduğu bir vaxtda Azərbaycanın neft hasilatının və ixracının təqribən 9-10% azalması ölkə iqtisadiyyatına kifayət qədər təsir edir. Ona gorə, bp hökumətin iclasında tənqid hədəfinə çevrilən ilk neft şirkəti olub. Neft hasilatı üzrə proqnozların yerinə yetirilməməsi səbəbindən Azərbaycanın bilavasitə əldə edilməmiş gəlirləri 8,1 milyard dollar təşkil edib. Gəlirlərin azalması isə təbii ki, hökumətin qarşısında qoyduğu irimiqyaslı layihələri gerçəkləşdirməkdə çətinlik yaradır.

İ.Şabanın vurğulayıb ki, bu məsələdə bp-nin tək olmadığını da nəzərə almaq lazımdır. Çünki bunu konsorsiumda iştirak edən 10 şirkətin hamısına izah etmək və razılığını almaq lazımdır, daha sonra isə ARDNŞ buna "hə" deməlidir.

bp-nin Azərbaycan iqtisadiyyatinda yeri və rolunun olduqca böyük olduğunu deyən ekspertin sözlərinə görə, şirkətin istehsal etdiyi neft və qazın ixracı Azərbaycanın ümumi ixracının təqribən 82%-ni təşkil edir.

Geri qayıt