Əsas Səhifə > Partiya > VİTSE-SPİKERDƏN MÜXALİFƏTƏ CAVAB

VİTSE-SPİKERDƏN MÜXALİFƏTƏ CAVAB


12-10-2012, 10:50
VİTSE-SPİKERDƏN MÜXALİFƏTƏ CAVAB
“PARLAMENTİN BURAXILMASI MÜMKÜN DEYİL”

“Müxalifət qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün icazə verdiyi, ayırdığı istənilən yerdə öz dinc aksiyasını keçirə bilər”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İctimai Palatanın (İP) Elşad Abdullayev və Gülər Əhmədovanın yer aldığı videomaterialla əlaqədar parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə oktyabrın 13-nə təyin etdiyi yürüşə münasibət bildirərkən deyib.

O bildirib ki, əgər həmin qüvvələr onlar üçün ayrılan yerdən imtina edəcəklərsə və ya edirlərsə, bu, onların səhv qərarı olacaq: “O ki qaldı onların şüarlarına, şüarları özləri seçirlər, mən o barədə bir şey deyə bilmərəm. Eyni zamanda bu şüarları və tələbləri irəli sürməklə, səsləndirməklə nəyəsə nail olacaqlarını da düşünürlərsə, çox yanlış mövqedədirlər. Birmənalı olaraq deyirəm ki, IV çağırış parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında formalaşmış parlament uğurla fəaliyyət göstərir və növbəti seçkilər də zamanında - 2015-ci ilin payızında keçiriləcək”.

Geri qayıt