Əsas Səhifə > Partiya > FƏRƏC QULİYEV KONSEYİ QARIŞDIRDI

FƏRƏC QULİYEV KONSEYİ QARIŞDIRDI


12-10-2012, 11:42
FƏRƏC QULİYEV KONSEYİ QARIŞDIRDI
“KİMSƏ BAŞQAN OLMAQ İSTƏYİRSƏ, YANLIŞLIQ EDİR”

«Son zamanlar Uluslararası Güney Azərbaycan Konseyinin (UGAK) daxilində yaranan ixtilaflar Konseyin fəaliyyətini Güney Azərbaycan məsələsinə deyil, daxili çəkişmələrə yönəldib».
Bunu Milli Dirəçiliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Qüliyev bəyan edib. Onun sözlərinə görə, bu ixtilafların mətbuat səhifəsinə çıxması və bəzi çirkin məqsədli adamların bundan istifadə edərək konseydə təmsil olunan siyasi və ictimai təşkilatların rəhbərlərini hədəf alaraq onları ləkələmək cəhdləri müşahidə olunmaqdadır:

““Zəlimxan Məmmədli və Fərəc Quliyev Firudin Cəlilova qarşı” başlıqlı yazı da bu qəbildəndir. Biz bu yazıya Firudin Cəlilovun özünün münasibət bildirməməsindən təəssülənirik. Təşkilatımız yaranan gündən Bütöv Azərbaycan hədəfini prioritet götürüb. Milli Dircəliş Hərəkatı Partiyasının təşkilat komitəsi yarandığı vaxtdan - 2003-cü ildən partiyani departamentlik institutu modelində formalaşdırıb. Təşkilatda müxtəlif departamentlər, o cümlədün Güney Azərbaycan departamenti formalaşıb. Ən müxtəlif Fəaliyyət formalarımız problemə adekvat olub. Təkcə “Təbriz “qəzetini buraxmağimızı xatırlatmaq kifayət edər».

MDHP-nn bu məsələ ilə bağlı yaydığı bəyanatda isə bildirilir ki, partiya sədri, millət vəkili Fərəc Quliyev 1990-cı ildə baş tutmuş sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri kimi 1991-ci ildə Azərbaycan parlamentində müstəqillik aktı qəbul olunarkən Azərbaycanin adının Quzey Azərbaycan Respublikası qoyulması təklifi ilə çıxış edib. Bununla da ilk dəfə Azərbaycanın bölünməsi məsələsi, yalnız bir hissədə suverenliyin qazanilması və digər bir hissəsinin işgalda qalması, yalnız Azərbaycan birləşdikdən sonra ölkəmizin adının Azərbaycan Respublikası kimi adlandırılmasının ədalətli status-kvonun təsbiti olacağını parlament səviyyəsində qaldırılıb:

«8 illik siyasi məhbus həyatından sonra ilk fəaliyyətini 2002-ci ildə DAK-da başladan Fərəc Quliyev həmin il Haaqada DAK-ın qurultayında Azərbaycanın bölünmüş xalq statusu ilə bağlı məsələnin BMT səviyyəsində müzakirəsinə nail olunması,Güney azərbaycan mühacirət hökümətinin formalaşdırmaq haqda təklifləri səsləndirdi . Biz Bütöv azərbaycan hədəfli təşkilatıq. Hec bir bölücülüyü qəbul etmirik. Biz Bütöv Azərbaycan davasının bir mərhələsi olan Güney Azərbaycanın müstəqillik mübarizəsinə könül verən fərdlər, QHT-lər, partiyalar, dərnəklər, ictimai təşkilatlar, bölünmüş təşkilatların bütün qanadları ilə əməkdaşlığı məqbul sayırıq. Uluslararası Güney Azərbaycan Konseyi konfederativ prinsipli əməkdaşlıq formatlarından biridir. Bu bir unitar təşkilat deyil. Kimsə bu əməkdaşlıq mərkəzini dərnəyə çevirmək, başqan olmaq və bunun üçün ixtilaf və daxili çəkişmələr yaradırsa, yanlış edir. Konsey yaranan Forumda Milli Dircəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev konseyə seçilməyə nümayəndələrin təkidi ilə razılıq versə də, idarə heyyətinə bütün təkidlərə baxmayaraq daxil olmadı. Göründüyü kimi, ambisiyalı konsey üzvlərinin əli ilə Fərəc Quliyevin adının bəzi yazılarda, çəkişmələrdə hallandırılması qərəzlidir. Biz bu çəkişmələrdə heç vaxt iştirak etməmişik və iştirak etmirik. Bəyan edirik ki, qurultaya dəvət alarıqsa, müşahidəçi kimi içtirak edecək,hec bir seçkili orqanda təmsil olunmayacağiq».

Geri qayıt