Əsas Səhifə > Gündəm, Manşet > SURƏT HÜSEYNOVU KİMLƏR DİRİLDİR?

SURƏT HÜSEYNOVU KİMLƏR DİRİLDİR?


4-11-2011, 19:01
SURƏT HÜSEYNOVU KİMLƏR DİRİLDİR?

KEÇMİŞ BAŞ NAZİRİN TƏBLİĞATI QURULUB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, keçmiş baş nazir son zamanlar maddi sıxıntı içindədir. Hətta qara qəpiyə də möhtacdır. Sanki bu xəbərimizin yayılmasını gözləyirmişlər. Artıq Surət Hüseynovun müdafiəçiləri də peyda olub. Ona “Facebook” sosial şəbəkəsndə ayrıca səhifə də yaradıblar.

Bəlkə də Surtə Hüseynov internet nədri bilmir, amma buna baxmayaraq, kimlrəsə keçmiş baş nazirin virtual aləmdə təbliğatında da maraqlıdırlar. Surət Hüseynovun adına yaradılmış “Facebook” səhifəsində onunla bağlı məlumatlar yerləşdirilməklə yanaşı, onun təbliğatı aparılır, rəqib kimi gördüyü insanlar isə hədəfə alınır. Hələlik keçmiş baş nazir Surət Hüseynovdan başlayıblar və çox güman digərləri də Surət Hüseynovun səhifəsində “vurulacaq”.

Son olaraq isə keçmiş baş nazirin sosial şəbəkədəki səhifəsində yer alan materialda onun maddi rifah halının yüksək olduğu züsusi olaraq qabardılır:

“Surət Hüseynov yenidən gücə çevrilir. İsgəndər Həmidov isə bölgədə fermer təsərrüfatı yaradır. Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov həbsdən azad olunandan sonra uzun müddət görünmədi. Halbuki çoxları hesab edirdi ki, o, yenidən aktivləşəcək və siyasi fəaliyyətini davam etdirəcək. Hətta ona yeni müxalifət qüvvəsi kimi baxanlar da vardı.Amma gözləntilər özünü doğrultmadı. S.Hüseynov səhhəti ilə bağlı kənara çəkildi və siyasi fəaliyyətinə bir növ xitam verdi. Amma son günlər keçmiş baş nazirin yenidən aktivləşdiyi müşahidə olunur. Bu dəfə siyasi meydanda yox, biznes sahəsində. Gəncədəki mənbəmizin dediyinə görə, Surət Hüseynov son iki il ərzində öz biznes imkanlarını tam bərpa edib və Gəncədə ona məxsus obyektlərin, mərkəzlərin tam olaraq geri qaytarılmasına nail olub. Mənbənin sözlərinə görə, hazırda S.Hüseynovun Gəncədə ona qədər şəxsi ticarət mərkəzləri və bir o qədər də müəyyən müəssisələrə şərikliyi var. Gəncəyə arabir gələn eks-baş nazir mütəmadi yerli sakinlərlə də görüşür və yaranan bir sıra problemləri həll etmək üçün hətta fond yaratmağın mümkünlüyü haqqında da fikir bildirib. Qeyd edilir ki, son bir ildə Surət Hüseynov diqqəti yenidən özünə cəlb edə bilib və yerli sakinlər ona yenə də ümid yeri kimi baxırlarMənbəmiz bildirir ki, S.Hüseynov parlament seçkilərində iştirak etmək istəsə, kifayət qədər səs toplaya bilər. Çünki o, artıq öz keçmiş mövqelərini tam bərpa edib.Amma Surət Hüseynovla daha yaxın bağlılığının olduğunu iddia edən digər mənbə bildirir ki, S.Hüseynov ən azı növbəti beş il ərzində də siyasətə qatılmayacaq və builki parlament seçkilərində də iştirak etmək fikrində deyil. Amma onun Gəncədə və Yelaxda dəstəklədiyi namizədlər olacaq. Mənbə bunu da bildirir ki, S.Hüseynov Azərbaycanın bəzi bölgələri ilə yanaşı Türkiyədə, Rusiyada və Dubayda da biznes şəbəkəsi yarada bilib. Onun sözlərinə görə, hazırda ölkədə maşın biznesində Surət Hüseynovun da xüsusi payı var və o, Dubay vasitəsi ilə maşın bazarındakı payını daha da artırmaq üzrədir.Bundan başqa, S.Hüseynovun artıq Türkiyədə tekstil fabriki aldığı və onun yanvar ayından fəaliyyətə başlayacağı da deyilir”.

Beləcə, bu materialdan da gördük ki, keçmiş baş nazirin təbliğatçıları onu süni şəkildə şişirdir, guya ki, “vurmağa” çalışdıqları İsgəndər Həmidov barəsində isə bir cümləlik böhtana yol verirlər. Hər halda, bu faktın özü belə təsdiqləyir ki, kimlərsə ölünün dirilməsində maraqlıdırlar. Yəni kimlərsə Surət Hüseynovun yenidən həm iqtisadi və həm də siyasi gücə çevrilməsini arqu edirlər. Amma bu, xam xəyaldan başqa bir şey deyil.

Geri qayıt