Əsas Səhifə > Dünya > QƏDDAFİ RƏSMƏN SİLİNİR
QƏDDAFİ RƏSMƏN SİLİNİR17-09-2011, 13:37 |
LİVİYANI BMT-DI YENİ HÖKUMƏT TƏMSİL EDƏCƏK BMT-nin baş Assambleyası Liviyadakı müvəqqəti milli şuraya rəsmi mandat verib. Gələn həftə assambleyanın Nyu-Yorkda başlanan sesiyasında Liviyadakı müvəqqəti şuranın rəhbəri Mustafa Abdul Cəlilin də (Mustafa Abdel Jalil) iştirak edəcəyi gözlənilir. O sesiya çərçivəsində ABŞ prezidenti Barack Obamayla da görüşəcək. BMT-nin təhlükəsizlik şurası həmçinin Qaddafi dövründə Liviyaya qarşı tətbiq edilmiş bir sıra iqtisadi sanksiyaları aradan qaldırıb. Hazırda Qaddafinin doğulduğu Sirt və Bani Valid şəhərləri uğrunda ağır döyüşlər gedir. Geri qayıt |