Əsas Səhifə > Dünya > PUTİN DAHA BİR SEÇKİNİ UDUR

PUTİN DAHA BİR SEÇKİNİ UDUR


15-10-2012, 09:58
PUTİN DAHA BİR SEÇKİNİ UDUR
YERLİ SEÇKİLƏRDƏ DƏ HAKİMİYYƏT ÖNDƏDİR

Oktyabrın 14-də Rusiyanın bəzi bölgələrində yerli seçkilər keçirilib. “Media forum” saytı xəbər verir ki, seçkilərdə hakim Vahid Rusiya Partiyası üstün gəlib. İlkin nəticələrə görə, hakim partiya Yaroslavl Şəhər Dumasına seçkidə 40,77 faiz, Tver Şəhər Dumasına seçkidə 41,3 faiz, Barnaul Şəhər Dumasına seçkidə 50,17 faiz səslə birinci olub.

Udmurtiya Dövlət Şurasına seçkini Vahid Rusiya Partiyası 53,13 faiz, Penza vilayətinin parlamentinə seçkini 72,64 faiz, Şimali Osetiya parlementinə seçkini 41,9 faiz səslə udub. Saxalin vilayəti və Krasnodar diyarının parlamentlərinə seçkilər də hakim partiyanın qələbəsi ilə başa çatıb.

Amur, Belqorod, Novqorod, Bryansk vilayətlərinin qubernatoru postlarını da hakim partiyanın təmsişçiləri götürüb.

Geri qayıt