Əsas Səhifə > Sosial, Manşet > MƏMURLARI KİMLƏR VƏ HANSI YOLLA ŞANTAJ EDİR?
MƏMURLARI KİMLƏR VƏ HANSI YOLLA ŞANTAJ EDİR?15-10-2012, 10:36 |
SƏN DEMƏ, GİZLİ ÇƏKİLİŞ MƏSƏLƏSİ HAKİMİYYƏTDƏ ÇOX MƏŞHUR İŞDİR DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yaydığı gizli videoçəkiliş hesabına bir nəfərin mandatını almaqla yanaşı, həm də hakimiyyət içində yeni münasibətlərin formalaşmasına, iqtidariçi dəngələrin dəyişməsinə nədən oldu. Aydın oldu ki, 7 il əvvəl gizli yollarla çəkdiyi videomaterialıni müəllifi olan Elşad Abdullayevin əlində hələ bu kimi səs-küy yarada biləcək çəkilişlər yetərincədir. Bununla əlaqədar DİA.AZ-a danışan hökumət içindəki etibarlı mənbə bildirir ki, əslində videoşantaj Azərbaycan ərazisində heç də ilk dəfə deyil ki, müşahidə olunur: «Doğrudur, buna qədər də aşkar videoşantajlar olub və bu əsnada xüsusən hakimiyyət öz siyasi opponentlərini zərərsizləşdirmə marağından çıxış edib. Amma ictimailəşməyən videoşantajların tarixi ldaha qədimdir və günü bu gün də sözügedən üsulla məmurlar bir-birilərilə münasibətlərini ayırd edirlər». Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Siyasi müxalifətdən fərqli olaraq məmurların bir-birilərini şantaj etməsi zamanı daha çox maddi maraq güdülür. Məsələn, hüquq-mühafizə orqanlarında belə bir şəbəkənin varlığı müşahidə olunur. Bundan əlavə, çox nüfuzlu məmurlardan biri sahiblik etdiyi istirahət mərkəzləri və otellərdən əldə etdiyi gizli videoçəkilişlər hesabına kifayət qədər böyük pulları ələ keçirib ki, bütün bu hadisələrin heç biri ictimailəşməyib və hətta hüquq-mühafizə orqanlarına rəsmi surətdə bilgi də verilməyib». Xatırladaq ki, qardaş Türkiyədə saunalarda gizli çəkiliş apararaq sonradan müştəriləri şantaj edən bir qrup ifşa olunmuşdu. Eyni tərzli bir neçə şəbəkənin Azərbaycanda varlığından danışan mənbəmiz onu da bildirdi ki, hətta bu videoşantaj məsələsi Elşad Abdullayevin yaratdığı qalmaqaldan sonra yenidən aktuallaşıb və hakimiyyət içində müzakirə də olunub: «Yəqin ki, bundan sonra hər kəs deputatlarımızın, məmurlarımızın nədən daha çox xarici ölkələrdə istirahətə meyilli olduqlarını hər kəs başa düşər». Geri qayıt |