Əsas Səhifə > Partiya > FİKRƏT CƏFƏROVU PARTİYADAN QOVDULAR
FİKRƏT CƏFƏROVU PARTİYADAN QOVDULAR15-10-2012, 11:15 |
MİRMAHMUD MİRƏLİOĞLU QƏZƏBLƏNİB Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin keçmiş müavini, təşkilat daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov partiyadan çıxarılıb. KXCP-dən APA-ya verilən məlumata görə, partiyanın Nərimanov rayon təşkilatının ötən gün keçirilən iclasında F.Cəfərov partiya sıralarından xaric edilib. O, partiya nizamnaməsinin müvafiq maddələrinə əməl etmədiyinə, o cümlədən siyasi riyakarlıq və partiyada pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə, partiyadakı fəaliyyətinə xitam verilib. F.Cəfərov isə APA-ya deyib ki, onun üçün KXCP Nərimanov rayon təşkilatının çıxardığı qərar öz əhəmiyyətini itirib: “Biz partiyanın siyasi xəttindəki sapmaları aradan qaldırmaq istəyirik. Fraksiya üzvləri haqqında belə qərarın çıxarması isə əvvəlcədən gözlənilən idi. Bunu partiya sədri Mirmahmud Mirəlioğlunun düşüncəsinə uyğun atılan addım hesab edirəm. Bu, Mirmahmud Mirəlioğlunun özünü qoruması üçün atdığı addımdır. Ölkədə demokratik dəyərlərin bərqərar olmasını istəyən bir topluma inzibati idarəçiliyin tətbiqi mümkün deyil. Böyük ideyaların qarşısını bu cür cılız addımlarla atmaq mümkün deyil”. O, bundan sonra siyasi fəaliyyətini davam etdirəcəyini, fraksiyanın məqsəd və məramının həyata keçirilməsi uğrunda lazımı işlər görəcəyini qeyd edib. Geri qayıt |