Əsas Səhifə > Partiya > DAHA BİR MÜXALİF BLOK MİTİNQ QƏRARI VERDİ

DAHA BİR MÜXALİF BLOK MİTİNQ QƏRARI VERDİ


15-10-2012, 12:12
DAHA BİR MÜXALİF BLOK MİTİNQ QƏRARI VERDİ
3 NOYABRDA BAKININ MƏRKƏZİNDƏ...

Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 3-nə aksiya təyin edib.

Bu barədə APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Onun sözlərinə görə, DQMM noyabrın 3-də aksiya keçirmək barədə qərar qəbul edib və yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək: “Müraciətdə demokratik seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə dəyişikliklər, ölkədə demokratik mühitin yaradılması, rüşvət və korrupsiyaya son qoyulması kimi tələblər yer alacaq”.

Ə. Oruc aksiyanın Bakının mərkəzində, konsertlərə, kütləvi tədbirlərə icazə verilən ərazilərdə keçirilməsinin nəzərdə tutulduğunu bildirib: “Aksiyanın keçirilməsi üçün əsasən beş ünvan nəzərdə tuturuq. Bunlar Füzuli meydanı, Səməd Vurğun meydanı, Nərimanov kinoteatrının qarşısı, Azadlıq meydanı və Təbriz kinoteatrının qarşısıdır”.

Geri qayıt