Əsas Səhifə > Şou-biznes > MAYKL CEKSON ÖLDÜRÜLÜB

MAYKL CEKSON ÖLDÜRÜLÜB


8-11-2011, 12:13
MAYKL CEKSON ÖLDÜRÜLÜB

ARTIQ BU BARƏDƏ MƏHKƏMƏ DƏ QƏRAR VERİB

ABŞ-da məhkəmə pop musiqisinin məşhur ifaçısı Maykl Ceksonun həkimini müğənninin ölümünə səbəb olmaqda günahkar bilib. Modern.az-ın xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin hökmünə görə, həkim Konrad Murray 25 İyun 2009-cu il tarixində Maykl Ceksona güclü bir anestezi dərmanı olan "propofol"dan həddindən artıq dozada verərək ölümünə səbəb olub.

Altı həftə davam edən məhkəmə müddətində Murray ittihamları rədd etmişdi. Həkimin vəkilləri də məşhur müğənninin ölümcül dozanı özü götürdüyünü iddia edirdilər.
Həbs olunaraq həbsxanaya göndərilən Murrayın 4 il azadlıqdan və həkimlik peşəsindən məhrum ediləcəyi gözlənilir.

Üç uşaq atası olan Maykl Cekson 25 iyun 2009-da Los-Ancelesdəki evində keçirdiyi narahatlıq nəticəsində koma halında xəstəxanaya qaldırılmış, lakin qurtarıla bilməmişdi. Ölüm səbəbi ürək dayanması sanılsa da, Los-Ancels Ədli Tibb Təşkilatının verdiyi açıqlamada ölüm səbəbinin yuxusuzluq müalicəsində istifadə edilən çox güclü anestezi dərmanı "propofol" olduğu bildirilmişdi.


Geri qayıt