Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏMUR UŞAQLARI ÜÇÜN FİLİPPİNLİ DAYƏ

MƏMUR UŞAQLARI ÜÇÜN FİLİPPİNLİ DAYƏ


16-10-2012, 08:54
MƏMUR UŞAQLARI ÜÇÜN FİLİPPİNLİ DAYƏ
OLİQARXLAR AİLƏ SİRRLƏRİNİ BELƏ QORUYUR

Azərbaycanlı məmurların əksəriyyəti övladları üçün filippinli dayə tuturlar. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, məmurların dayə üçün Filippinə üz tutmalarının səbəbi ailə sirrinin kənara çıxmasından ehtiyat etmələridi: "Məmurlar yerli dayələrə etibar etmirlər. Ehtiyatlanırlar ki, ailədə baş verənlər kənara çıxa bilər. Hər halda yerli dayələrin hansısa məmurun ailə sirrlərini ictimailəşdirməsi imkanları genişdi. Ən azı evində yerli dayə olan məmur və onun ailə üzvləri sərbəst ola bilmirlər. Bu baxımdan məmurlar Azərbaycanı tanımayan, dili bilməyən filippinli dayələrə üstünlük verirlər. Yeri gəlmişkən, filippinli dayələrin maaşlarına cüzi əlavə olarsa, onlar ev işlərini görməyə də razılaşırlar".
Mənbənin sözlərinə görə, Bakıda bu işlə, yəni, məmurlara filippinli dayə tapmaqla məşğul olan xüsusi şirkət fəaliyyət göstərir. Rəşid Behbudov küçəsində yerləşən həmin şirkət "Zetro Group" adlanır.

Mənbənin dediklərinə görə, "Zetro Group"da filippinli dayələrin siyahısı var. Daylər müxtəlif yaş kateqoriaysına aiddir. Şirkət əvvəlcə bu dayələrin SV-lərini müştəriyə təqdim edir. Müştəri SV-lərlə tanış olaraq istədiyi dayəni seçə bilir. Müştəri seçimini etdikdən sonra isə həmin dayə Filippində tibbi müayinədən keçir. Daha sonra Dubaya oradan isə Azərbaycana gəlir. Dayənin tibbi müayinədən keçməsi, öz ölkəsindən Dubaya, oradan isə Azərbaycana gəlməsi üçün çəkilən bütün xərclər müştərinin üzərinə düşür. Bu xərclər ümumilikdə 4500 manat təşkil edir. Özü də müştəri dayəni seçdikdən sonra şirkətə 1000 manat beh verməlidir. Filippinli dayə Azərbaycana varid olduqdan sonra müştəri, şirkət və dayə ilə müqavilə imzalayır. Mənbə bildirdi ki, dayənin maaşı 250 manatdan başlayır. "Baxır onun işi nədən ibarət olacaq. Məsələn, əgər o uşağa baxmaqla yanaşı ev işlərini də görəcəksə, onda maaş 300 manatdır",- deyə mənbə son olaraq əlavə etdi.

Geri qayıt