Əsas Səhifə > Siyasət, Manşet > GƏNCƏDƏ PULYIĞMA KAMPANİYASI

GƏNCƏDƏ PULYIĞMA KAMPANİYASI


8-11-2011, 13:04
GƏNCƏDƏ PULYIĞMA KAMPANİYASI

ELMAR VƏLİYEV İDARƏ MÜDİRLƏRİNDƏN «QIŞ PULU» YIĞIR

DİA.AZ: - Yevlaxdan Gəncəyə «perevod» alan Elmar Vəliyev ölkənin ikinci ən böyük şəhərinin icra başçısı postunu ələ keçirdikdən sonra bir çox addımları ilə əksəriyyəti heyran qoymağı bacardı. Hər halda, Eldar Əzizov kii bir başçının ardından Azərbaycanın ən böyük ənənələrə sadiq bir şəhəri olan Gəncəyə qarğımaq üçün Elmar Vəliyevdən daha böyük bir bəla kimsənin ağlına gələ bilməzdi. Ki, bu iqtidar gəncəlilərə bunu da etdi.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, gəldiyi ilk gündən yeni qazanc yerlərinin müəyyənləşdirilməsinə bərk irişən Elmar Vəliyev üçün havaların son günlər kəskin şəkildə pisləşməsi sanki bir bəhanə olub.

Bu barədə Gəncədəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, dünən yerli idarə müdirlərini yanına çağıran icra başçısı onların hər birindən 10-15 min manat arası pul tələb edib: «İdarə müdirlərinə bildirilib ki, həmin pullar şəhərin qışa hazırlığının təm in edilməsi üçün xərclənəcək. Halbuki bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmalıdır. Buna görə iradlarını bildirən bəzi müdirlərə deyilib ki, həmin vəsait Gəncəyə gəlib çatmayıb. Amma qış tez gəlib və şəhəri qışa hazırlamaq lazımdır».

Mənbə bildirir ki, hətta etirazçı idarə müdirlərindən birinə deyilib ki, «qışpulu»nu dövlət ayıranda, ondan alınan pul geri qaytarılacaq. Hər halda, buna nə həmin idarə müdiri, nə də bir kimsə inanmır…


Geri qayıt