Əsas Səhifə > Sosial, Manşet > TƏHSİLDƏ 65 YAŞ SENZİ HƏR KƏSƏ ŞAMİL OLUNMURMUŞ
TƏHSİLDƏ 65 YAŞ SENZİ HƏR KƏSƏ ŞAMİL OLUNMURMUŞ17-10-2012, 08:55 |
SUMQAYITDA MƏKTƏB DİREKTORU HANSI SƏBƏBDƏN İŞDƏN ÇIXARILMIR? DİA.AZ: - Artıq ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Digər bölgələrimizdə olduğu kimi, paytaxtın burnunun ucunda olan Sumqayıt şəhərində fəaliyyət göstərən bir çox məktəbdə də yaş məhdudiyyəti ilə bağlı ixtisarlar olub. Amma DİA.AZ-a Sumqayıtdakı qaynaqlar tərəfindən verilən məlumatlardan aydın olur ki, məsələ heç də göründüyü kimin deyil və əgər pulun varsa, 90 yaşlı qocanı 15 yaşlı cavannəzə kimi qeydiyyata aldırmaq da mümkündür. Yəni bu proses zamanı heç də ixtiyar müəllimlərin hamısı təqaüdə göndərilmədi. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə vurğulayır ki, ilk təqaüdə göndərilənlər arasında 1 saylı məktəbin direktoru Lətifə Cabbarova, 13 saylı məktəbin direktoru Məhərrəm Məmmədov, 9 saylı məktəbin direktoru Sevil Kamilova, Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin direktoru Minarə Tahirova, 28 saylı məktəbin direktoru Vələt Hacıyev, Sumqayıt şəhəri Orta Ümumtəhsil İnternat Məktəbinin direktoru Tofiq Təhməzov, Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru Məhəmməd Süleymanov, 25 saylı məktəbin direktoru Əvəz Mahmudov və digər 2 Məktəbdənkənar Müəssisənin direktorları Ağabala Ağabalayev və Elbrus Abdulkərimov var idi. Sonradan isə 21 saylı məktəbin direktoru Zakir Əliyev də təqaüdə göndərildi. Geridə buraxdığımız günlərdə- oktyabrın 1- də 11 saylı məktəbin direktoru Ofelya Babayevanın da 65 yaşı tamam oldu. Yeri gəlmişkən xatırladaq ki, direktor 1947-ci ildə anadan olub. Sumqayıtdan daxil olan məlumata görə 65 yaşı tamam olan Ofelya Babayeva təqaüdə göndərilməyəcək. Mənbənin verdiyi məlumata görə Ofelya Babayevanın təqaüdə göndərilməməsini onun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə əlaqələndirirlər. Lakin məlumdur ki, daha öncə təqaüdə göndərilənlər arasında da Şöhrət” ordeni və digər təltivləri olan məktəb direktorları var idi. “Dövlət qulluğu haqqında” Qanundakı dəyişikliklərdə qeyd olunur ki, 65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Təhsil nazirliyindən mətbuata açıqlamalarda bildirilirdi ki, Azərbaycanın orta məktəblərində 65 yaşı tamam olmuş 3 minə yaxın müəllim və məktəb direktoru çalışır. Lakin orta məktəblərlə öz fəaliyyətlərini davam etdirən 65 yaşlı müəllim və direktorlarla bir il ərzində müqavilə imzalanıb. Yəni 65 yaşı tamam olmuş müəllim və yaxud direktor 1 il müddətində müqavilə əsasında çalışa bilər. Mənbə bildirir ki, Ofelya Babayeva hələ ki müqaviləsiz çalışır. Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Geri qayıt |