Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI TELEAPARICI YENİDƏN TOY EDƏCƏK

AZƏRBAYCANLI TELEAPARICI YENİDƏN TOY EDƏCƏK


17-10-2012, 09:36
AZƏRBAYCANLI TELEAPARICI YENİDƏN TOY EDƏCƏK
MURAD ƏZİMZADƏ GƏNCƏNİ DƏ UNUTMADI

Lider TV-nin tanınmış simalarından biri, düz bir həftə sevib-seçdiyi həmkarı Ülviyyə xanımla evlənən Murad Əzimzadə yenidən bəylik kürsüsündə əyləşəcək.

Bu barədə Muradın özü oxucularımızı məlumatlandırdı: "Valideyinlərimin israrı ilə yenidən toy etmək kimi məcburiyyətlə üz-üzə qalmışam (gülür). Məlumatı olmayanlara deyim ki, evin tək oğluyam. Atam xaricdə çalışır, anam isə Gəncə şəhərində pedaqoji fəaliyyətlə məşğul olur. Həm işlərinin çoxluğundan, həm də səhhətində bir az problemlər yarandığı üçün atam Bakıdakı toyuma gələ bilməmişdi.

Anam da şərtlə gəlmişdi ki, mütləq Gəncədə bəy kimi qohumlarımız üçün təşkil olunacaq toyda kürsüyə çıxmalıyıq. Razılaşmaya bilməzdik, odur ki, həyat yoldaşımla birlikdə Gəncəyə yola düşməyə qərar vermişik. Düzdür, bəy-gəlin geyimlərində olmasaq da, ayın 19-da yenidən toyumuz çalınacaq. Bu da bir ilk olacaq həyatımızda. Cəmi subaylara ən azı bizim qədər xoşbəxt olmalarını diləyirəm". \ Milli.Az \

Geri qayıt