Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANDA MƏKTƏBLİ MƏKTUB YAZIB ÖZÜNÜ ÖLDÜRDÜ
SALYANDA MƏKTƏBLİ MƏKTUB YAZIB ÖZÜNÜ ÖLDÜRDÜ17-10-2012, 11:09 |
11-Cİ SİNİF ŞAGİRDİ HƏYATDAN BEZDİYİNİ YAZIB Oktyabrın 16-da Salyan rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Salyan şəhərində 1996-cı il təvəllüdlü Hüseynov Məmmədhüseyn Mübariz oğlu özünü öldürüb. Orta məktəbin 11-ci sinif şagirdi olan M.Hüseynov yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq, özünü aşağı atıb. O, hadisə yerində keçinib. İlkin araşdırmalar zamanı intihar etmiş məktəblinin məktubu tapılıb. Məktubda yazılıb: “Artıq yaşamaq istəmirəm, həyatdan bezmişəm”. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır. Geri qayıt |