Əsas Səhifə > Şou-biznes > RİANNA BAKIDA NECƏ KEF EDİB?
RİANNA BAKIDA NECƏ KEF EDİB?17-10-2012, 11:38 |
SULU QƏLYAN, DƏLİSOV ƏYLƏNCƏ VƏ... Dünyanın ən məşhur müğənnilərindən biri, R&B stilinin "şahzadəsi" sayılan Riannanın Bakıdakı konsertinin pərdəarxası anları ilə bağlı fotolar yayılıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, Bakıdakı "Crystall Hall"da konsert verəndən sonra 24 yaşlı müğənni kulisdə əməllicə əylənib. O, sulu qəlyan təklifini məmnuniyyətlə qəbul edib. Rianna "almalı tütün" qoyulmuş sulu qəlyanı dəmə verərək böyük şövqlə tüstülədib. Əslən barbadoslu olan müğənni əynindəki paltarın Qədim Misir ruhlu olduğunu deyərək: "Misirdə də qəlyan çəkirdilər", - söyləyib. Müğənninin sözlərinə görə, konsertdən əvvəl də qəlyan çəkmişdi və bu, onun xoşuna gəlmişdi. Konsert başa çatanda isə o, bildirib ki, "Diamonds" albomundakı bəzi mahnıların ifasına zalın göstərdiyi reaksiyanı bəyənib. "Son 8 ildə artıq 7-ci albomumdur. Pis alınmayıb. İstəyirəm ki, bu mahnıları dinləyən insanlarda ümid ruhu yaransın", - Rianna söyləyib. Rianna hazırda Los-Ancelesdədir. O, Beverli-Hillsdə olarkən reportyorların suallarını cavablamaqdan imtina edib. Geri qayıt |