Əsas Səhifə > Siyasət, Manşet > MÜDAFİƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI

MÜDAFİƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI


8-11-2011, 14:03
MÜDAFİƏ NAZİRLİYİNDƏ KADR İSLAHATLARI

YOXLAMALARIN NƏTİCƏLƏRİ KADR İSLAHATLARINI ZƏRURİ EDİB

DİA.AZ: - “Azərbaycan müdafiə nazirinin əmrinə əsasən, bu gündən birlik, hərbi birləşmə, hərbi hissələr, o cümlədən hərbi təhsil müəssisələrində yoxlamalara başlanılır”. Bunu açıqlamanı bir neçə gün əvvəl Müdafiə Nazirliyinin rəsmiləri mətbuata ötürdülər.

Məlumatda deyilirdi ki, Müdafiə Nazirliyinin hərbi hissələrində daxili yoxlamalara başlanılıb və generallar başda olmaqla, yüksək rütbəli şəxslərin Naxçıvan da daxil olmaqla bütün bölgələrə ezam olunub. “Yoxlamalarda əsas məqsəd yerlərdəki hərbi hissələrin işinə kömək etmək, nöqsanların aradan qaldırılmasına yardımçı olmaq, işin təşkilini daha da təkmilləşdirməkdən ibarətdir”, - deyilsə də, ortaya çıxan nəticələr yeni islahatları zəruri edib.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran hakimiyyət içindəki mötəbər mənbə idda edir ki, MN-nin strukturlarındakı yoxlamalar zamanı çox cidi nöqsanlar aşkarlanıb: «Əslində bu nöqsanların ictimailəşdirilməsi müharibə aparan bir ölkə üçün heç də doğru deyil. Sadəcə olaraq, bir məsələni vurğulaya bilərik, Səfər Əbiyev qısa müddət içində kadr islahatları həyata keçirməlidir və bu proses çox cidi mahiyyət daşımalıdır».

Mənbəmiz onu da bildirdi ki, artıq MN rəhbərliyi sözügedən istiqamətdə müəyyən tədarüklər görür: «Yəqin ki, yaxın günlərdə bu dəyişikliyə şahidlik edəcəksiniz».


Geri qayıt