Əsas Səhifə > Güney Press, Araşdırma > DİNDAR MƏHBUS MƏHKƏMƏ QARŞISINA ÇIXIR
DİNDAR MƏHBUS MƏHKƏMƏ QARŞISINA ÇIXIR17-10-2012, 12:18 |
MEHDİ ŞAMİLİNİN ŞİKAYƏTİNƏ BAXILACAQ Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində dini fəal Mehdi Şamillinin həbs müddətinin uzadılmasından verilən şikayətə baxılacaq. Hakim Mirzəli Abbasovdur. Məlumatı “Media forum” saytına vəkil Cavad Cavadlı verib. Prosesdə Mehdi Şamillinin özünün də iştirak edəcəyi gözlənir. Mehdi Şamilli avqustun 6-də Bakının Zabrat qəsəbəsindəki evində həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Oktyabrın 6-da Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillinin həbsini 2 ay müddətinə uzadıb. Geri qayıt |