Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ ÖZÜNƏ İKİNCİ MAŞIN ALDI

MÜĞƏNNİ ÖZÜNƏ İKİNCİ MAŞIN ALDI


18-10-2012, 09:05
MÜĞƏNNİ ÖZÜNƏ İKİNCİ MAŞIN ALDI
“HYUNDAI GENESIS COUPE” – QIRMIZI RƏFİQƏ…

Yaradıcılığı ilə yanaşı, şəxsi həyatında baş verən hadisələrlə daim medianın diqqət mərkəzində olmağı bacaran tanınmış estrada müğənnisi Ayan Babakişiyeva özünə yeni avtomobil alıb.

Müğənni “qırmızı rəfiqəm” dediyi “Hyundai Genesis Coupe” markalı avtomobilini ilk dəfə bizim oxucularımıza göstərmək üçün "Dağüstü park"da çəkiliş aparmağımıza şərait yaratdı.

Şıltaqlığı ilə həmkarlarından fərqlənən Ayan öncə özünəməxsus pozalar verdi, ardınca “qırmızı rəfiqəsi” haqqında bunları söylədi: “Baxmayaraq ki, ötən ilin buraxılışı olan “Land Cruiser Prado” avtomobilim var, mən “Genesis Coupe”nin yolunu düz iki ildir gözləyirdim.

Birbaşa istehsal olunduğu zavodundan gətirtdim, 2012-ci il buraxılışıdır. Açığı, məhz al qırmızı rəng istədiyimə görə bir az gec reallaşdı.

Əsas odur ki, həm birinci avtomobilimi, həm də “qırmızı rəfiqəmi” yaradıcılığımdan qazandığım pullarla almışam. Düzdür, eyni vaxtda iki maşına baxmaq hər mənada çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışacağam.

Qiymət açıqlayıb öyünmək istəmirəm. Allah hamıya qismət eləsin”.

“Çox mübarək olsun” yazıb, başqa şərhə ehtiyac duymadan Ayanın yeni rəfiqəsi ilə etmiş olduğumuz fotosessiyanı diqqətinizə çatdırırıq. \ milli.az \

Geri qayıt