Əsas Səhifə > Güney Press, Reklam > “ULDUZLAR ZALI”

“ULDUZLAR ZALI”


18-10-2012, 09:25
“ULDUZLAR ZALI”
İLK MOBİL OPERATOR YENƏ DƏ ÖNDƏDİR

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən böyük futbol klublarından olan “Mançester Yunayted”lə 3 illik tərəfdaşlıq layihəsi çərçivəsində “Ulduzlar Zalı” adlı muzeyinin açıldığını məmnuniyyətlə elan edir.

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel, Klubun Əlaqələr üzrə Direktoru Nik Hamfreys və Bakcell-in Baş İcraçı Direktoru Riçard Şirer Sahil bağındakı açılış mərasimində iştirak ediblər.

“Ulduzlar Zalı”nda “Mançester Yunayted”ə məxsus muzey eksponatları, klubun məşhur oyunçularının geyindikləri formalar, idman ayaqqabıları, kuboklar və medallar nümayiş olunur. Burada həmçinin muzeyə gələnləri yarışmalara həvəsləndirən ən son texnologiyalara əsaslanan rəqəmli oyunlar, play station, və “fan zona” və s. yerləşdirilib.

Muzey oktyabr;n 15-də açılıb və Azərbaycandakı “Mançester Yunayted” azarkeşlərinin bu həftənin sonuna kimi hər gün saat 14.00-dan 22.00-a kimi “Ulduzlar Zalı”na baş çəkmək imkanı var.

Üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2.6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

Geri qayıt