Əsas Səhifə > Dünya > ŞOK: RUSİYA RAKETLƏRİ TÜRKİYƏNİ HƏDƏFƏ ALDI

ŞOK: RUSİYA RAKETLƏRİ TÜRKİYƏNİ HƏDƏFƏ ALDI


18-10-2012, 09:54
ŞOK: RUSİYA RAKETLƏRİ TÜRKİYƏNİ HƏDƏFƏ ALDI
RUSLAR ANKARANI TƏHDİD EDİR

DİA.AZ: - Türkiyənin «Yeniçac» qəzetinin məlumatına görə, Suriya ilə münasibətlərinin gərildiyi bir ərəfədə bu ölkə ilə sərhəddə tank və əsgərlər toplayan qardaş Türkiyəyə Rusiyadan sürpriz bir həmlə gəlib. DİA.AZ bildirir ki, ruslar Türkiyə ərazisini görən Rostov şəhərindəki Cənub Hərbi Bölgəsindəki son S-400 hava müdafiə raket batareyalarını qardaş ölkəyə doğru istiqamətləndirib.

Rusiya Cənub Hərbi Bölgəsinin komandanı mayor İqor Qorbul bildirib ki, həmin ərazidəki S-300 raket sistemləri ilin sonuna qədər S-400 sistemləri ilə əvəzlənəcək. Qorbul bildirib ki, 500 kilometrdəki hədəfi dəqiq nişan alan yeni raketlər hər cür təyyarəni və həmçinin hətta stratosferin üzəri ilə hərəkət edən raketləri belə zərərsizləşdirmək qabiliyyətinə malikdir.

Hələlik rəsmi Ankarının bu olaya heç bir reaksiyası məlum deyil.

Geri qayıt